--:--:-- | 23 Oktyabr 2026, Cümə
Son Xəbər
Yüklənir...

193 keçmiş məcburi köçkün Cəbrayıl, Xocalı və Xocavəndə yola salınıb

Aysel Əlibəyli 30 Sentyabr 2026 · 09:00 1076 baxış

Elpress.az xəbər verir ki, işğaldan azad edilmiş ərazilərə keçmiş məcburi köçkünlərin qayıdışı növbəti mərhələdə də davam etdirilir.


Bu dəfə Bakı şəhərinin Qaradağ rayonundan 42 ailənin, ümumilikdə 193 nəfərin doğma yurdlarına yola salınması həyata keçirilib.
Onlardan 9 ailə, yəni 60 nəfər Cəbrayıl rayonunun Şükürbəyli kəndinə, 17 ailə, 78 nəfər Xocalı şəhərinə, 16 ailə, 55 nəfər isə Xocavənd şəhərinə köçürülür.
Qayıdan ailələr indiyədək ölkənin müxtəlif bölgələrində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşıblar.
Doğma torpaqlarına qayıdan sakinlər göstərilən dövlət qayğısına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Sakinlər həmçinin torpaqlarımızın azadlığı uğrunda mübarizə aparan Azərbaycan Ordusunun əsgər və zabitlərinə təşəkkürlərini bildirərək şəhidlərin əziz xatirəsini yad ediblər.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Azərbaycan və Müqəddəs Taxt-Tac arasında yeni birgə layihələr müzakirə olunub

Next Article

Milli Məclis: Şəhidlərin qəhrəmanlığı xalqımızın yaddaşında əbədi yaşayacaq

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Ağdamda 8 min nəfərin qayıdışı üçün komplekslər təhvil veriləcək

Aysel Əlibəyli 20 Sentyabr 2026 · 19:20 1088 baxış Eyvazxanbəyli və Baş Qərvənd kəndlərinə də ailələrin köçürülməsi planlaşdırılır Elpress.az xəbər verir ki, İşğaldan azad edilmiş ərazilərdə Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində həyata keçirilən […]

Üç həkimin qanunsuz plastik əməliyyat apardığı aşkarlanıb

Aysel Əlibəyli 08 Sentyabr 2026 · 16:21 1062 baxış İki ümumi və bir üz-çənə cərrahının ixtisasına uyğun olmayan əməliyyatlar keçirdiyi müəyyən edilib Elpress.az xəbər verir ki, Ötən ay tibb müəssisələrində aparılan yoxlamalar zamanı bir sıra […]

İmişlidə kompleks mülki müdafiə təlimi keçirilib

Aysel Əlibəyli 18 Sentyabr 2026 · 12:16 1090 baxış Təlimə 196 nəfər və 42 texnika cəlb olunub Elpress.az xəbər verir ki, İmişli rayonunda irimiqyaslı fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqanları və qüvvələrinin […]