--:--:-- | 30 Sentyabr 2026, Çərşənbə
Son Xəbər
Yüklənir...

Milli Məclis: Şəhidlərin qəhrəmanlığı xalqımızın yaddaşında əbədi yaşayacaq

Aysel Əlibəyli 30 Sentyabr 2026 · 11:53 1014 baxış

Elpress.az xəbər verir ki, Milli Məclis 27 Sentyabr – Anım Günü ilə əlaqədar Bəyanat qəbul edib.


Bəyanatda qeyd olunub ki, 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi Azərbaycanın tarixində mühüm dönüş nöqtəsi olub. 44 günlük müharibədə Azərbaycan Ordusunun qazandığı Qələbə nəticəsində Ermənistanın uzun illər işğal altında saxladığı ərazilərin böyük hissəsi azad edilib və regionda yeni reallıqlar formalaşıb.
Sənəddə vurğulanıb ki, tarixi Zəfərin əldə olunmasında Azərbaycanın müdafiə potensialının gücləndirilməsi, müasir və peşəkar ordunun formalaşdırılması, iqtisadi imkanların artırılması və ölkənin beynəlxalq mövqelərinin möhkəmləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər mühüm rol oynayıb.
Bəyanatda Vətən müharibəsində Azərbaycan əsgər və zabitlərinin göstərdiyi qəhrəmanlıq xüsusi qeyd olunub. Bildirilib ki, torpaqların azadlığı uğrunda canından keçən şəhidlərin və sağlamlığını itirən qazilərin fədakarlığı xalqın qəhrəmanlıq tarixinin ən parlaq səhifələrindən biridir.
Milli Məclis həmçinin müharibə zamanı mülki əhalinin hədəfə alınmasını və yaşayış məntəqələrinə edilən hücumları qeyd edərək, nəticədə çoxsaylı insanın həyatını itirdiyini və yaralandığını diqqətə çatdırıb.
Bəyanatda 2023-cü il sentyabrın 19-20-də keçirilən lokal xarakterli antiterror tədbirlərinin də Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpasında mühüm mərhələ olduğu bildirilib.
Sənəddə 27 Sentyabr – Anım Gününün xalqın yaddaşında xüsusi yer tutduğu vurğulanıb. Qeyd edilib ki, bu gün Azərbaycanın azadlığının hansı böyük itkilər və fədakarlıqlar hesabına əldə edildiyini xatırladır.
Milli Məclis şəhid ailələrinin və qazilərin sosial müdafiəsinin, tibbi və mənzil təminatının diqqətdə saxlanıldığını da qeyd edib. Şəhidlərin xatirəsinin əbədiləşdirilməsi istiqamətində memorial komplekslərin, abidələrin və digər layihələrin həyata keçirildiyi bildirilib.
Bəyanatın sonunda şəhidlərin xatirəsinə dərin ehtiram ifadə olunub və onların qəhrəmanlığının Azərbaycan xalqının yaddaşında daim yaşayacağı vurğulanıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

193 keçmiş məcburi köçkün Cəbrayıl, Xocalı və Xocavəndə yola salınıb

Next Article

İran ABŞ-ın yeddi günlük planla bağlı cavabını alıb

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Məktəblərdə yeni maliyyələşmə sistemi tətbiq ediləcək

Aysel Əlibəyli 28 Sentyabr 2026 · 00:21 1048 baxış Elpress.az xəbər verir ki, dövlət ümumi təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiqi nəzərdə tutulur. Prezident İlham Əliyevin imzaladığı fərmana əsasən, 2026–2027-ci tədris ilindən etibarən dövlət büdcəsindən […]

TƏBİB sistemində çalışan 72 mindən çox tibb işçisinin maaşı artırılır

Aysel Əlibəyli 02 Sentyabr 2026 · 11:30 1068 baxış Elpress.az xəbər verir ki, TƏBİB-in tabeliyində fəaliyyət göstərən tibb müəssisələrində çalışan işçilərin əməkhaqlarında artım olacaq.TƏBİB-in İcraçı direktoru Anar Bayramovun sözlərinə görə, əməkhaqqı islahatı çərçivəsində yeni qaydalar […]