--:--:-- | 05 Noyabr 2026, Cümə axşamı
Son Xəbər
Yüklənir...

İmişlidə kompleks mülki müdafiə təlimi keçirilib

Aysel Əlibəyli 18 Sentyabr 2026 · 12:16 1118 baxış

Təlimə 196 nəfər və 42 texnika cəlb olunub

Elpress.az xəbər verir ki, İmişli rayonunda irimiqyaslı fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqanları və qüvvələrinin idarə olunmasına həsr olunan kompleks təlim keçirilib.Təlim Fövqəladə Hallar Nazirliyinin Muğan Regional Mərkəzinin təşkilatçılığı ilə baş tutub. Tədbirdə FHN-in aidiyyəti qurumlarının, rayonun hüquq-mühafizə orqanlarının, yerli icra hakimiyyətinin, idarə və müəssisələrin nümayəndələri, həmçinin mülki müdafiə xidmətləri və dəstələrinin əməkdaşları iştirak ediblər.Təlimdən əvvəl qərargahda müşavirə keçirilib. Çıxışlarda fövqəladə hallar zamanı qurumlar arasında koordinasiyanın, düzgün idarəetmənin və birgə fəaliyyətin əhəmiyyəti vurğulanıb.Kompleks təlimin əsas məqsədi fövqəladə hallar zamanı əhalinin və ərazilərin mühafizəsinin təşkili, mülki müdafiə qüvvələrinin idarə olunması, operativ qərarların qəbul edilməsi və xilasetmə işlərinin həyata keçirilməsi üzrə şəxsi heyətin praktiki bacarıqlarının artırılması olub.Təlim çərçivəsində fövqəladə hadisə barədə rayon rəhbərliyinin, Fövqəladə Hallar Komissiyasının və mülki müdafiə idarəetmə orqanlarının məlumatlandırılması, qüvvələrin yüksək hazırlıq vəziyyətinə gətirilməsi, xəbərdarlıq siqnalı üzrə fəaliyyət, ərazidə kəşfiyyatın aparılması, məlumatların toplanması və təhlili, qəza-xilasetmə və digər təxirəsalınmaz tədbirlərin icrası məşq etdirilib.Təlim zamanı həmçinin FHN qüvvələri ilə hərbiləşdirilməmiş mülki müdafiə dəstələri arasında qarşılıqlı fəaliyyətin, əməliyyat qərargahının işinin və təhlükəsizlik qaydalarına riayət olunmasının təşkili üzrə praktiki fəaliyyətlər həyata keçirilib.Tədbirə ümumilikdə 196 nəfər şəxsi heyət və 42 ədəd texnika cəlb olunub. Təlim zamanı qarşıya qoyulan tapşırıqlar yerinə yetirilib və aidiyyəti qüvvələrin qarşılıqlı fəaliyyəti təmin olunub.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Filippində məktəbdə silahlı insident baş verib

Next Article

Gəncədəki klinika ilə bağlı mübahisə məhkəmə müstəvisinə çıxıb

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Azad edilmiş ərazilərdə yeni xəstəxanalar layihələndirilir

Aysel Əlibəyli 07 Sentyabr 2026 · 16:28 1080 baxış Səhiyyə Nazirliyi xəstəxana layihələrində enerji səmərəliliyi və beynəlxalq standartları nəzərə alır Elpress.az xəbər verir ki, İşğaldan azad edilmiş ərazilərdə yeni xəstəxanaların layihələndirilməsi istiqamətində işlər davam etdirilir.Səhiyyə […]

Bakının iki rayonunda qaz olmayacaq

Aysel Əlibəyli 29 Oktyabr 2026 · 20:54 1060 baxış Bakının Xətai və Suraxanı rayonlarının bəzi ərazilərində qaz təchizatı müvəqqəti dayandırılacaq. Elpress.az xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb. Bildirilib ki, magistral qaz […]

Bakının və Lənkəranın bəzi ərazilərində işıq olmayacaq

Aysel Əlibəyli 16 İyul 2026 · 00:42 1124 baxış Təmir işləri ilə əlaqədar Bakı və Lənkəranın bir sıra ərazilərində elektrik enerjisinin verilişi müvəqqəti dayandırılacaq Elpress.az xəbər verir ki , “Azərişıq” ASC paytaxtın müxtəlif ərazilərində və […]

Neftçalada növbəti səyyar qəbul baş tutdu

Aysel Əlibəyli 11 İyun 2026 · 18:06 1188 baxış Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov Pirəbbə kəndində sakinlərlə növbəti səyyar qəbul-görüş keçirərək onların müraciət və təkliflərini dinləyib. Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidovun […]