--:--:-- | 29 Sentyabr 2026, Çərşənbə axşamı
Son Xəbər
Yüklənir...

Zelenski: Ukrayna kəşfiyyatı Rusiyanın daxili hərbi sənədlərini əldə edib

Aysel Əlibəyli 24 İyun 2026 · 19:38 1106 baxış

Ukrayna kəşfiyyatından iddia: Rusiya hava müdafiəsini Moskva və Krım istiqamətində gücləndirir

Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, ölkənin kəşfiyyatı Rusiyanın daxili sənədlərini əldə edib. Onun sözlərinə görə, sənədlərdə Ukraynanın uzaqmənzilli zərbələrinin nəticələri və Rusiyanın buna qarşı gördüyü cavab tədbirləri əks olunub.Zelenski qeyd edib ki, Rusiya hava hücumundan müdafiə sistemlərini Moskva və Kerç körpüsü ətrafına cəmləşdirir, digər istiqamətlərdə isə müdafiə imkanları zəifləyib.Ukrayna lideri əlavə edib ki, Rusiyanın raket istehsalı və strateji aviasiyasının vəziyyəti ilə bağlı məlumatlar da əldə olunub. O bildirib ki, Kiyev müharibənin davam etdirilməsinə və Ukrayna ərazisinə endirilən zərbələrə cavab olaraq yeni addımlar hazırlayır.Son həftələrdə Moskva və Krım istiqamətində hücumlar artıb. Ukrayna tərəfi Rusiyanın müxtəlif hərbi və strateji obyektlərinə zərbələr endirdiyini açıqlayıb. Rusiya hakimiyyəti isə bir sıra hallarda hava hücumlarının qarşısının alındığını bildirib.Zelenski həmçinin Ukraynanın diplomatik təkliflər irəli sürdüyünü və müharibənin uzanmasına görə məsuliyyətin Rusiya rəhbərliyinin üzərində olduğunu vurğulayıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Sahibə Qafarova və Qalibaf regiondakı prosesləri və əməkdaşlığı müzakirə edib

Next Article

Deputatdan təklif: Tək yaşayan qadınlar daha tez pensiyaya çıxsın

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Cənubi Filippin silkələndi: 7,8 bal

Aysel Əlibəyli 08 İyun 2026 · 19:42 1100 baxış Filippində 7,8 bal gücündə güclü zəlzələ baş verib: Ölənlərin sayı 32-yə çatıb, yaralıların və dağıntılar altında qalanların olduğu bildirilir, xilasetmə və axtarış işləri bölgədə fasiləsiz şəkildə […]

Rusiya daha bir qəsəbəyə nəzarəti ələ keçirdi

Aysel Əlibəyli 21 İyul 2026 · 15:58 1074 baxış Rusiya ordusu Xarkov vilayətində Voloxovskoye qəsəbəsini nəzarətə götürdüyünü açıqlayıb Elpress.az xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi Silahlı Qüvvələrin Ukraynada daha bir yaşayış məntəqəsinə nəzarəti ələ keçirdiyini […]

Fransada evsiz uşaqların sayı artır

Aysel Əlibəyli 28 Avqust 2026 · 13:37 1048 baxış Ölkədə 2 mindən çox uşaq gecələməyə yer tapmayıb Elpress.az xəbər verir ki, Fransada yaşayış yeri olmayan uşaqların sayında artım qeydə alınıb. “UNICEF France” və Həmrəylik Aktorları […]