--:--:-- | 16 Oktyabr 2026, Cümə
Son Xəbər
Yüklənir...

Fransada evsiz uşaqların sayı artır

Aysel Əlibəyli 28 Avqust 2026 · 13:37 1064 baxış

Ölkədə 2 mindən çox uşaq gecələməyə yer tapmayıb

Elpress.az xəbər verir ki, Fransada yaşayış yeri olmayan uşaqların sayında artım qeydə alınıb. “UNICEF France” və Həmrəylik Aktorları Federasiyasının hesabatına əsasən, ən azı 2355 uşaq gecələmək üçün yer tapa bilməyib.Hesabata görə, həmin uşaqların valideynləri təcili yerləşdirmə xidməti olan “115” nömrəsinə müraciət etsələr də, ailələrə uyğun yaşayış yeri təqdim edilməyib. Evsiz qalan uşaqlar arasında 3 yaşınadək 514 uşaq, o cümlədən 1 yaşına çatmayan 173 körpə var.Bu göstəricinin 2025-ci illə müqayisədə 9 faiz, 2022-ci illə müqayisədə isə 42 faiz yüksəldiyi bildirilir. Qeyd olunur ki, 2022-ci ildə Fransa hökuməti küçədə yaşayan uşaqların sayını sıfıra endirmək məqsədini açıqlamışdı.Təşkilatların fikrincə, faktiki vəziyyət hesabatda göstərilən rəqəmlərdən daha ağır ola bilər. Belə ki, “115” xidmətinə müraciət edə bilməyən və ya müraciətləri qəbul olunmayan ailələr, müşayiətsiz yetkinlik yaşına çatmayanlar və düşərgələrdə yaşayan şəxslər statistikaya daxil edilməyib.“UNICEF France” və Həmrəylik Aktorları Federasiyası uşaqların evsizlik şəraitində yaşamasının onların sağlamlığına, təhsilinə və sosial həyatına mənfi təsir göstərdiyini, həmçinin zorakılıqla üzləşmə riskini artırdığını vurğulayıb.2027-ci ildə keçiriləcək prezident seçkiləri öncəsi təşkilatlar siyasi qüvvələri problemin həllini prioritet məsələlərdən birinə çevirməyə çağırıblar. Onlar əlavə 10 min yaşayış yerinin yaradılmasını, o cümlədən hamilə qadınlar və doğum evindən yeni çıxmış analar üçün 2500 yer ayrılmasını tələb edirlər.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Gəncədə qadın bıçaqlanaraq öldürülüb

Next Article

Çində tayfun səbəbilə 270 min nəfər təxliyə olunub

Bəlkə də, sizin üçün maraqlı olar ...;

HƏMAS rəhbərindən ilk çağırış

Aysel Əlibəyli 23 İyul 2026 · 01:45 1074 baxış HƏMAS-ın Siyasi Bürosunun yeni rəhbəri Xəlil əl-Həyyə ilk çıxışında bütün Fələstin siyasi qruplarını milli birlik və dialoqa çağırıb. Elpress.az xəbər verir ki, o, Fələstin xalqının birliyinin […]

ABŞ və İran Dohada dolayı danışıqlar keçirəcək

Aysel Əlibəyli 01 İyul 2026 · 12:49 1114 baxış Vaşinqton və Tehran arasında yeni təmas: Qətərdə texniki müzakirələr başlayır Elpress.az-ın məlumatına əsasən, ABŞ və İran rəsmiləri arasında yeni diplomatik təmaslar keçiriləcək. Tərəflər Qətərin paytaxtı Dohada […]

Pakistanda terror hücumu: ölən və yaralananlar var

Aysel Əlibəyli 12 İyun 2026 · 16:32 1142 baxış Pakistanın şimal-qərbində törədilən terror aktı insan tələfatı və yaralanmalarla nəticələnib. Elpress.az xarici mediaya istinadən xəbər verir ki, Xayber Paxtunxva əyalətində kamikadze terrorçu məscidin yaxınlığında üzərindəki partlayıcı […]

Uitkoff və Kuşner Moskva və Kiyevə səfər edəcəklər

Aysel Əlibəyli 04 Sentyabr 2026 · 13:03 1050 baxış ABŞ nümayəndələrinin sentyabrın 5-6-da Rusiya və Ukraynaya səfəri gözlənilir Elpress.az xəbər verir ki, ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və Donald Trampın kürəkəni Cared Kuşnerin sentyabrın […]