--:--:-- | 29 Sentyabr 2026, Çərşənbə axşamı
Son Xəbər
Yüklənir...

Sahibə Qafarova və Qalibaf regiondakı prosesləri və əməkdaşlığı müzakirə edib

Aysel Əlibəyli 24 İyun 2026 · 19:34 1106 baxış

Azərbaycan və İran parlament rəhbərləri Bakıda görüşdü: Regional məsələlər müzakirə olundu

Milli Məclisin sədri Sahibə Qafarova Bakıda keçirilən İslam Əməkdaşlıq Təşkilatının üzvü olan dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci sessiyası çərçivəsində İran İslam Şurası Məclisinin sədri Məhəmməd Baqer Qalibafla görüş keçirib.Görüş zamanı Azərbaycan-İran parlamentlərarası əlaqələrinin inkişafı, ikitərəfli əməkdaşlıq imkanları və regionda baş verən son proseslər müzakirə olunub.Sahibə Qafarova iki ölkə arasındakı münasibətlərin hazırkı səviyyəsindən məmnunluq ifadə edərək, əlaqələrin dostluq və qonşuluq prinsipləri əsasında daha da inkişaf edəcəyinə ümid etdiyini bildirib.Tərəflər müxtəlif sahələrdə həyata keçirilən layihələrə, yeni əməkdaşlıq perspektivlərinə və parlamentlər arasında əlaqələrin genişləndirilməsinin əhəmiyyətinə toxunublar.Görüşdə regional gərginliyin azalması, davamlı sülh və sabitliyin təmin olunması istiqamətində aparılan danışıqların vacibliyi vurğulanıb. Həmçinin Azərbaycan tərəfindən İrana göstərilən humanitar dəstək və qarşılıqlı münasibətlərdə bu addımların rolu qeyd olunub.Məhəmməd Baqer Qalibaf Azərbaycan dövlətinə və xalqına göstərilən dəstəyə görə təşəkkürünü ifadə edib, iki ölkə arasında əlaqələrin son dövrdə inkişaf etdiyini vurğulayıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

İŞİD-in yüksək səviyyəli liderlərindən biri Suriyada öldürüldü

Next Article

Zelenski: Ukrayna kəşfiyyatı Rusiyanın daxili hərbi sənədlərini əldə edib

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Latviya Prezidenti İlham Əliyevi Riqaya səfərə dəvət edib

Elşən 23 Aprel 2026 · 09:23 1128 baxış Latviya Prezidenti Edqars Rinkeviçs Azərbaycan Prezidenti İlham Əliyevi Latviyaya səfərə dəvət edib. O, Bakıda keçirilən birgə bəyanatda bildirib ki, tərəflər artıq bir neçə dəfə görüşüblər — həm […]

Ərdoğan Azərbaycanın Türkiyədəki yeni səfirini qəbul edib

Aysel Əlibəyli 09 Sentyabr 2026 · 00:08 1030 baxış Elpress.az xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın Türkiyədəki səfiri Rəşad Aslanovu qəbul edib.Görüş Türkiyə Prezident Sarayında keçirilib.Qəbul zamanı Azərbaycan diplomatı etimadnaməsini Türkiyə dövlət […]

QDTİB rəhbəri: Azərbaycan etibarlı tərəfdaşdır

Aysel Əlibəyli 02 İyul 2026 · 11:09 1076 baxış Azərbaycan bazarların əlaqələndirilməsi, iqtisadiyyatın şaxələndirilməsi və dayanıqlı inkişafın təmin olunması istiqamətində ardıcıl siyasət həyata keçirir. Elpress.az xəbər verir ki, Bu fikirləri Qara Dəniz Ticarət və İnkişaf […]