--:--:-- | 28 Sentyabr 2026, Bazar ertəsi
Son Xəbər
Yüklənir...

Ronaldo və Corcinin toyunu gözləyənlər başqa cütlüklə qarşılaşıblar

Aysel Əlibəyli 09 Avqust 2026 · 15:17 1062 baxış

Elpress.az xəbər verir ki, Portuqaliyanın Madeyra adasının Funsal şəhərində maraqlı hadisə yaşanıb.

Məşhur futbolçu Kriştiano Ronaldo və Corcina Rodrigesin toyunun keçiriləcəyini düşünən minlərlə azarkeş Funsal Katedralının qarşısına toplaşıb.Azarkeşlərin gözləntisi isə özünü doğrultmayıb.

Məlum olub ki, həmin vaxt kilsədə Fransada yaşayan Fabio Ramos və Fatima Nikol Kunya Teyşeyra adlı cütlüyün toy mərasimi keçirilir.Gəlinin “Rolls-Royce” avtomobili ilə kilsəyə gəlməsi isə vəziyyəti daha da qarışdırıb. Onu Corcina Rodriges zənn edən çoxsaylı insanlar avtomobilin ətrafına toplaşıblar.

Mərasimə rəhbərlik edən keşiş də toyun Ronaldo və Corcina ilə heç bir əlaqəsinin olmadığını açıqlayıb.

Beləliklə, məşhur cütlüyün toyunu görmək üçün kilsəyə gələn minlərlə insan gözlənilmədən başqa bir cütlüyün toy mərasiminin şahidi olub.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Tehranda istehsalat obyektində yanğın: 1 ölü, 5 yaralı

Next Article

Bakının Xətai rayonunda güclü yanğın başlayıb

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Türk dövlətləri arasında TÜRKPOL yaradılması təklif edildi

Aysel Əlibəyli 16 Sentyabr 2026 · 15:23 1048 baxış Elpress.az xəbər verir ki, Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələr arasında təhlükəsizlik və hüquq-mühafizə sahəsində əməkdaşlığın yeni mərhələyə keçirilməsi təklif olunub. Təklif Türkiyənin daxili işlər naziri […]

Moldova Rusiyaya etiraz notası təqdim etdi

Aysel Əlibəyli 14 İyul 2026 · 14:07 1096 baxış Rusiyanın Moldovadakı səfiri Oleq Ozerov Xarici İşlər Nazirliyinə çağırılıb və ona rəsmi etiraz notası təqdim edilib. Elpress.az xəbər verir ki , Moldova Xarici İşlər Nazirliyi Rusiyanın […]