--:--:-- | 07 Oktyabr 2026, Çərşənbə
Son Xəbər
Yüklənir...

Zəlzələdən bir həftə sonra Kolumbiyada səma qırmızıya boyandı

Aysel Əlibəyli 18 Avqust 2026 · 08:47 1072 baxış

Elpress.az xəbər verir ki, Kolumbiyada baş verən güclü zəlzələdən təxminən bir həftə sonra bəzi bölgələrdə səmanın tünd qırmızı və narıncı rəngə boyanması sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Avqustun 10-da ölkənin qərbində 7,4 bal gücündə zəlzələ baş verib. Təkanların episentri Çoko bölgəsində, San Xose del Palmar yaxınlığında qeydə alınıb. Zəlzələ Kali, Pereyra və Manizales kimi şəhərlərdə də hiss olunub və bir sıra ərazilərdə dağıntılara səbəb olub.Hadisədən bir neçə gün sonra gün batımı zamanı qeydə alınan qeyri-adi görüntülərin yeni zəlzələlərin xəbərçisi olduğu ilə bağlı sosial mediada müxtəlif iddialar yayılıb. Lakin bu fikirləri təsdiqləyən elmi sübut yoxdur.

Mütəxəssislərə görə, günəş batarkən işığın atmosferdə daha uzun məsafə qət etməsi qırmızı və narıncı rənglərin daha intensiv görünməsinə səbəb ola bilər. Atmosferdəki toz, tüstü, müxtəlif hissəciklər və buludların quruluşu da səmanın rəngini daha da tündləşdirə bilər.Sosial şəbəkələrdə yayılan görüntülərin əlaqələndirildiyi Qaleras isə Narino bölgəsində yerləşən aktiv vulkandır. Vulkanın vəziyyəti Kolumbiyanın Geoloji Xidməti tərəfindən seysmik, geodeziya, geokimyəvi və vizual müşahidələr vasitəsilə daim nəzarətdə saxlanılır.

Beləliklə, səmanın qırmızı rəng alması özlüyündə zəlzələ və ya yeni seysmik aktivliyin göstəricisi hesab edilmir.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Bakının 5 əsas yolunda sıxlıq yaranıb – SİYAHI

Next Article

Özbəkistanda Azərbaycanla media əməkdaşlığı genişləndirilir

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Putin: BMT dünya nizamında mərkəzi rolunu saxlamalıdır

Aysel Əlibəyli 01 Sentyabr 2026 · 14:58 1058 baxış Rusiya Prezidenti BMT-nin beynəlxalq münasibətlərdə əsas mexanizm olaraq qalmasının vacibliyini vurğulayıb Elpress.az xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin BMT-nin gələcəkdə də dünya nizamında mərkəzi rolunu […]

Dunayda İkinci Dünya müharibəsindən qalan bomba itkin düşüb

Aysel Əlibəyli 11 Avqust 2026 · 14:48 1076 baxış Budapeştdə çayın dibində aşkarlanan aviasiya bombası güclü axının təsiri ilə yerini dəyişib Elpress.az xəbər verir ki, Macarıstanın paytaxtı Budapeştdə Dunay çayında İkinci Dünya müharibəsi dövrünə aid […]