--:--:-- | 06 Oktyabr 2026, Çərşənbə axşamı
Son Xəbər
Yüklənir...

Özbəkistanda Azərbaycanla media əməkdaşlığı genişləndirilir

Aysel Əlibəyli 18 Avqust 2026 · 10:52 1086 baxış

Media üçün Kontent Hazırlama Mərkəzi Azərbaycanla birgə televiziya, kino və digər layihələr həyata keçirir

Elpress.az xəbər verir ki, Özbəkistanda Prezident Administrasiyasının nəzdində fəaliyyət göstərən Media üçün Kontent Hazırlama Mərkəzi Azərbaycanla media sahəsində əməkdaşlığın genişləndirilməsi istiqamətində yeni layihələr həyata keçirir.Mərkəzin direktor müavini Cahongir Abduraxmanov bildirib ki, fəaliyyətinin birinci ildönümünü qeyd etməyə hazırlaşan qurum Özbəkistan Prezidentinin təşəbbüsü ilə yaradılıb. Onun sözlərinə görə, mərkəzin əsas məqsədi media fəaliyyətini tənzimləmək deyil, sektorun inkişafına dəstək göstərmək, keyfiyyətli və obyektiv kontentin hazırlanmasını təşviq etməkdir.Abduraxmanov qeyd edib ki, mərkəzin prioritet istiqamətlərindən biri Özbəkistanın beynəlxalq aləmdə, o cümlədən Azərbaycanda daha geniş tanıdılmasıdır. Bu çərçivədə azərbaycanlı həmkarlarla televiziya, kino və birgə çəkilişləri əhatə edən çoxsaylı layihələr həyata keçirilir.Hazırda Azərbaycanla birlikdə Özbəkistana səyahətdən bəhs edən film üzərində iş aparılır. Filmin müəyyən səhnələrinin Azərbaycanda çəkilməsi də planlaşdırılır.Direktor müavini Türk Dövlətləri Təşkilatı çərçivəsində media sahəsində əməkdaşlığın davam etdiyini və Azərbaycanla Özbəkistanın müvafiq qurumları arasında təcrübə mübadiləsinə dair razılaşmaların mövcud olduğunu bildirib.Azərbaycandan olan jurnalistlərin iştirakı ilə keçirilən media turuna da toxunan Abduraxmanov səfərin iki ölkə arasında əməkdaşlığın praktiki nümunələrindən biri olduğunu deyib. O bildirib ki, turun əsas məqsədi Özbəkistanda son 10 ildə baş verən dəyişiklikləri, yeni sənaye sahələrini, obyektləri və inkişaf istiqamətlərini Azərbaycan ictimaiyyətinə çatdırmaqdır.Onun sözlərinə görə, azərbaycanlı jurnalistlərin Özbəkistana məqsədyönlü səfərlərinin təşkili ölkədəki yeniliklərin və müasir inkişaf proseslərinin daha yaxından tanıdılmasına imkan yaradır.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Zəlzələdən bir həftə sonra Kolumbiyada səma qırmızıya boyandı

Next Article

Enerqodara dron hücumu: 1 nəfər ölüb

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Milli Kitabxanada dil və kimlik mövzusunda seminar

Aysel Əlibəyli 11 İyun 2026 · 18:54 1146 baxış Milli Kitabxana-da “Dilimiz milli-mədəni kimliyimizin təməlidir” mövzusunda seminar təşkil edilib. Mədəniyyət Nazirliyi nəzdində fəaliyyət göstərən Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi Prezident İlham Əliyevin 2026-cı il […]

MEMİM-dən ana dili ilə bağlı yeni təşəbbüs

Aysel Əlibəyli 09 İyun 2026 · 15:11 1128 baxış Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi (MEMİM) “Dilimiz milli-mədəni kimliyimizin təməlidir” adlı yeni layihəyə start verir. Elpress.az xəbər verir […]

Xankəndi, Xocalı və Ağdərə şəhərləri günləri qeyd olunub

Aysel Əlibəyli 20 Sentyabr 2026 · 19:34 1094 baxış Xankəndidə videoçarx nümayiş etdirilib və konsert proqramı keçirilib Elpress.az xəbər verir ki, Xankəndidə Xankəndi, Xocalı və Ağdərə şəhərləri günlərinə həsr olunan tədbir keçirilib.Tədbirin əvvəlində iştirakçılara üç […]