--:--:-- | 08 Oktyabr 2026, Cümə axşamı
Son Xəbər
Yüklənir...

Türkiyə kruiz gəmisini limanlara buraxmadı

Aysel Əlibəyli 05 İyul 2026 · 20:09 1094 baxış

Türkiyə hakimiyyəti LGBTQ+ icmasına xidmət göstərən kruiz gəmisinin ölkə limanlarına daxil olmasına icazə verməyib.

Elpress.az xəbər verir ki, Türkiyə hakimiyyəti LGBTQ+ icmasına xidmət göstərən kruiz gəmisinin ölkə limanlarına yan almasına icazə verməyib. Bu barədə CNN telekanalı kruizi təşkil edən “Atlantis Events” şirkətinə istinadən məlumat yayıb.Məlumata görə, iyulun 5-də Yunanıstandan yola düşən “Athens to Venice” kruizi marşrut üzrə əvvəlcə Türkiyənin Kuşadası limanına, daha sonra isə İstanbula səfər etməli idi. Lakin səfər proqramı planlaşdırıldığı kimi həyata keçirilməyib.Bildirilir ki, Türkiyənin yerli hakimiyyət orqanları gəminin “cəmiyyətin dəyərləri və mənəvi normaları ilə uzlaşmayan davranışları ilə tanınan qruplar” tərəfindən icarəyə götürüldüyünü əsas gətirərək onun ölkə limanlarına girişinə icazə verməyiblər.Qərardan sonra kruiz gəmisinin marşrutu dəyişdirilib və o, Misir və Yunanıstandakı alternativ limanlara yönləndirilib. “Atlantis Events” şirkəti marşrut dəyişikliyinin özlərindən asılı olmayan səbəblərdən baş verdiyini açıqlayıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

“Fənərbaxça” Mert Hakanla müqaviləni yenilədi

Next Article

Hövsandakı palçıqla bağlı həkimdən xəbərdarlıq

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Livanda PUA hücumu: General öldü

Aysel Əlibəyli 06 İyun 2026 · 13:42 1148 baxış PUA zərbəsi Livanın iki hərbçisinin ölümünə gətirib çıxardı Livanın cənubunda yerləşən Xardəli-Nəbatiyyə magistralında hərəkətdə olan hərbi avtomobilə pilotsuz uçuş aparatı ilə endirilən zərbə nəticəsində Livan Ordusunun […]

Rumıniyada AES-in ikinci reaktoru da dayandırıla bilər

Aysel Əlibəyli 11 Avqust 2026 · 14:32 1066 baxış Dunayda suyun səviyyəsinin kritik həddə enməsi Çernavoda AES-i üçün risk yaradıb Elpress.az xəbər verir ki, Rumıniyada yerləşən Çernavoda Atom Elektrik Stansiyasının fəaliyyətində yeni məhdudiyyət yarana bilər.Ölkənin […]

Börnem Trampı İranla müharibəni dayandırmağa çağıracaq

Aysel Əlibəyli 22 Sentyabr 2026 · 05:51 1082 baxış Britaniya Baş nazirinin ABŞ Prezidenti ilə görüşündə Yaxın Şərq və Ukrayna məsələlərini müzakirə edəcəyi gözlənilir Elpress.az xəbər verir ki, Böyük Britaniyanın Baş naziri Endi Börnem sentyabrın […]