--:--:-- | 08 Oktyabr 2026, Cümə axşamı
Son Xəbər
Yüklənir...

Hövsandakı palçıqla bağlı həkimdən xəbərdarlıq

Aysel Əlibəyli 05 İyul 2026 · 20:13 1110 baxış

Hövsandakı “Duzlu göl” hər il yüzlərlə insanın üz tutduğu müalicəvi məkanlardan biri olsa da, həkimlər palçıqdan istifadənin riskləri barədə xəbərdarlıq edirlər.

Elpress.az-ın Oxu.az-a istinadən verdiyi məlumata əsasən, Paytaxtın Suraxanı rayonu ərazisində, Hövsan-Zığ yolu yaxınlığında yerləşən “Duzlu göl” yay mövsümündə yüzlərlə insanın üz tutduğu məkanlardan birinə çevrilib. Sakinlər gölün palçığının müxtəlif sağlamlıq problemlərinə müsbət təsir göstərdiyini desələr də, mütəxəssislər ehtiyatlı olmağa çağırırlar.Buraya gələn vətəndaşlar palçıq müalicəsinin oynaq, sümük və digər ağrılarını azaltdığını bildirirlər. Onların sözlərinə görə, uzun illərdir istifadə etdikləri bu üsul nəticəsində sağlamlıqlarında müəyyən yaxşılaşma müşahidə ediblər.Bununla belə, həkim İradə Hacıyeva palçıq müalicəsinə başlamazdan əvvəl mütləq tibbi müayinədən keçməyin vacibliyini vurğulayıb. O bildirib ki, palçığın tərkibi analiz edilməyibsə və bu müalicə həkim tərəfindən tövsiyə olunmayıbsa, özbaşına istifadə ciddi sağlamlıq riskləri yarada bilər.Həkimin sözlərinə görə, bəzi insanlar müvəqqəti rahatlama hiss etsələr də, onurğa yırtığı, protruziya və ya onkoloji xəstəliklər kimi hallarda palçıqdan həkim məsləhəti olmadan istifadə xəstəliyin daha da ağırlaşmasına səbəb ola bilər. Buna görə də belə müalicə üsuluna başlamazdan əvvəl mütləq mütəxəssis rəyi alınmalıdır.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Türkiyə kruiz gəmisini limanlara buraxmadı

Next Article

Binəqədidə məktəbin qarşısında qəza

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Bakıdakı 205 nömrəli məktəbdə “Son zəng” sevinci yaşanıb

Aysel Əlibəyli 13 İyun 2026 · 14:38 1250 baxış Bu gün Bakı şəhəri 205 nömrəli tam orta məktəbdə “Son zəng” tədbiri keçirilib. Məzunlar üçün təşkil olunan mərasimdə məktəbi bitirən şagirdlər həyatlarının mühüm mərhələlərindən birinə uğurla […]

Neftçalada növbəti səyyar qəbul baş tutdu

Aysel Əlibəyli 11 İyun 2026 · 18:06 1152 baxış Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov Pirəbbə kəndində sakinlərlə növbəti səyyar qəbul-görüş keçirərək onların müraciət və təkliflərini dinləyib. Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidovun […]

Misir Mərdanov “Şərəf” ordeninə layiq görüldü

Aysel Əlibəyli 02 Oktyabr 2026 · 16:39 1058 baxış Azərbaycanın ictimai-siyasi həyatında və elmi-pedaqoji sahədə xidmətləri ilə seçilən Misir Cümail oğlu Mərdanov təltif olunub. Elpress.az xəbər verir ki, Prezident İlham Əliyevin imzaladığı Sərəncama əsasən, Misir […]

DOST Mərkəzi və filiallarında 360-dək benefisiar təlim alır

Aysel Əlibəyli 02 Sentyabr 2026 · 16:54 1064 baxış Həssas qruplardan olan şəxslər 14 istiqamət üzrə bacarıqlarını inkişaf etdirirlər Elpress.az xəbər verir ki, DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi və onun filiallarında hazırda 360-dək benefisiar […]