--:--:-- | 02 Oktyabr 2026, Cümə
Son Xəbər
Yüklənir...

Trampa qarşı Ankarada sui-qəsd iddiası

Aysel Əlibəyli 14 Avqust 2026 · 17:57 1066 baxış

ABŞ Prezidenti Donald Trampa Ankarada səfəri zamanı mümkün sui-qəsd hazırlanması barədə məlumatın İran tərəfindən göndərilən informasiyanın ələ keçirilməsi nəticəsində əldə edildiyi iddia olunur.

Elpress.az xəbər verir ki, yayılan məlumatlara əsasən, İran xüsusi xidmət orqanlarının Trampın adını ABŞ və İsrailə qarşı fəaliyyət göstərən silahlı qruplara ötürülən mümkün “hədəf siyahısı”na daxil etdiyi bildirilir.İddialara görə, siyahıda İranın keçmiş ali lideri Ayətullah Əli Xameneinin ölümü ilə nəticələnən fevral bombardmanlarına icazə verdiyi hesab olunan şəxslərin adları yer alıb. Həmin şəxslər arasında ABŞ Prezidenti Donald Tramp və İsrailin Baş naziri Benyamin Netanyahu da göstərilib.

Məlumata görə, planın mümkün ssenarilərindən birində Trampın təyyarəsinin Ankara hava limanından havaya qalxması zamanı daşınan raket kompleksindən açılan atəşlə vurulması nəzərdə tutulub.İddialara əsasən, əldə edilən məlumatdan sonra ABŞ Məxfi Xidməti təhlükəsizlik tədbirlərini gücləndirib və prezidentin Türkiyədən başqa bir hərbi təyyarə ilə çıxarılması barədə qərar qəbul edib.

Bununla belə, yayılan məlumatlarda həmin informasiyanın konkret olaraq hansı kanal vasitəsilə əldə edildiyi və mümkün sui-qəsd planının hansı səbəbdən həyata keçirilmədiyi açıqlanmır.

Həmçinin Ankara hava limanı yaxınlığında daşınan raket kompleksinin görüldüyü barədə də iddialar səsləndirilib. Lakin bu məlumatın müstəqil şəkildə təsdiqlənib-təsdiqlənmədiyi barədə açıqlama verilməyib.

Qeyd edək ki, bundan əvvəl də Donald Trampa qarşı mümkün sui-qəsd planı barədə müxtəlif kəşfiyyat məlumatlarının yayıldığı bildirilmişdi.Hadisə ilə bağlı yayılan məlumatların rəsmi qurumlar tərəfindən təsdiqlənməsi gözlənilir.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Gömrük statistikası Kənd Təsərrüfatı Nazirliyinə də təqdim ediləcək

Next Article

Qaradağda palçıq vulkanlarının mühafizəsinə həsr olunan tədbir keçirilib

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Ukraynanın Qara dəniz limanları blokadaya düşüb

Aysel Əlibəyli 01 Sentyabr 2026 · 16:31 1066 baxış Rusiya zərbələri Ukraynanı alternativ ixrac marşrutlarından istifadə etməyə məcbur edir Elpress.az xəbər verir ki, Rusiyanın Odessa vilayətindəki liman və ixrac infrastrukturlarına endirdiyi zərbələr nəticəsində Ukraynanın əsas […]

İran rəsmisindən region ölkələrinə xəbərdarlıq

Aysel Əlibəyli 26 Sentyabr 2026 · 14:41 1052 baxış Məhəmməd Moxbar: İranın hava nəqliyyatına maneə yaradılarsa, region da təsirlənəcək Elpress.az xəbər verir ki, İranın Ali Liderinin müşaviri Məhəmməd Moxbar region ölkələrinə hava nəqliyyatı sahəsində yaranan […]

Məşhəddə ziyarətgah ərazisində yanğın

Aysel Əlibəyli 16 İyul 2026 · 13:56 1088 baxış İranın Məşhəd şəhərində yerləşən İmam Rza ziyarətgahı kompleksində yanğın qeydə alınıb Elpress.az xəbər verir ki , İranın Məşhəd şəhərində yerləşən İmam Rza ziyarətgahı kompleksində yanğın hadisəsi […]

Rusiya və Ukrayna arasında 103 hərbi əsir dəyişdirilib

Aysel Əlibəyli 19 Avqust 2026 · 14:11 1048 baxış Əsir mübadiləsi BƏƏ-nin vasitəçiliyi ilə həyata keçirilib Elpress.az xəbər verir ki, Rusiya və Ukrayna arasında növbəti hərbi əsir mübadiləsi baş tutub.Rusiya Müdafiə Nazirliyinin yaydığı məlumata görə, […]