--:--:-- | 19 Oktyabr 2026, Bazar ertəsi
Son Xəbər
Yüklənir...

Məşhəddə ziyarətgah ərazisində yanğın

Aysel Əlibəyli 16 İyul 2026 · 13:56 1098 baxış

İranın Məşhəd şəhərində yerləşən İmam Rza ziyarətgahı kompleksində yanğın qeydə alınıb

Elpress.az xəbər verir ki , İranın Məşhəd şəhərində yerləşən İmam Rza ziyarətgahı kompleksində yanğın hadisəsi baş verib.Məlumata görə, yanğın ziyarətgahın ərazisində fəaliyyət göstərən bitum emalatxanasında başlayıb. Hadisə barədə məlumat daxil olduqdan sonra ziyarətgahın yanğınsöndürmə qüvvələri və Məşhəd Yanğından Mühafizə İdarəsinin əməkdaşları əraziyə cəlb olunublar.Operativ müdaxilə nəticəsində alov qısa müddətdə nəzarət altına alınıb və yanğının kompleksin digər hissələrinə yayılmasının qarşısı alınıb. Hadisə zamanı ərazidə sıx tüstü müşahidə edilsə də, ilkin məlumata əsasən xəsarət alan olmayıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Sem Nillin nədən öldüyü bəlli olub

Next Article

UEFA-dan AFFA rəsmisinə yeni vəzifə

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Livanda PUA hücumu: General öldü

Aysel Əlibəyli 06 İyun 2026 · 13:42 1158 baxış PUA zərbəsi Livanın iki hərbçisinin ölümünə gətirib çıxardı Livanın cənubunda yerləşən Xardəli-Nəbatiyyə magistralında hərəkətdə olan hərbi avtomobilə pilotsuz uçuş aparatı ilə endirilən zərbə nəticəsində Livan Ordusunun […]