--:--:-- | 02 Oktyabr 2026, Cümə
Son Xəbər
Yüklənir...

Azərbaycan sənətkarlığı İstanbulda nümayiş olunur

Aysel Əlibəyli 02 Oktyabr 2026 · 20:58 1010 baxış

Azərbaycanın zəngin sənətkarlıq irsi İstanbulda keçirilən beynəlxalq sərgidə nümayiş olunur. Ölkəmizi təmsil edən sənətkarlar milli əl sənəti nümunələrini xarici ziyarətçilərə təqdim edirlər.

Elpress.az xəbər verir ki, azərbaycanlı sənətkarlar “CraftIstanbul” 7-ci Beynəlxalq Əl Sənətləri və Dizayn Sərgisində iştirak edirlər. Təmsilçilik Azərbaycan Turizm Bürosunun Türkiyədəki nümayəndəliyi və Azərbaycanın İstanbulda Baş Konsulluğunun təşkilati dəstəyi ilə həyata keçirilib.

Sərgidə Mətanət Mirzəliyeva ənənəvi ipək kəlağayı nümunələrini, Səməni Qasımova isə Azərbaycan kilimlərini təqdim edir. Ziyarətçilərə bu sənət nümunələrinin hazırlanma xüsusiyyətləri və onların arxasında dayanan milli-mədəni irs barədə məlumat verilir.

Təqdim olunan əl işləri vasitəsilə kəlağayı və kilim sənətinin hazırlanma üsulları ilə yanaşı, bu sənətlərin formalaşmasında mühüm rol oynayan ənənələr də tanıdılır.

Qeyd edək ki, bu il “CraftIstanbul” sərgisində 220 sərgi iştirakçısı, 600-dən çox sənətkar və dizayner, eləcə də 50 beynəlxalq iştirakçı bir araya gəlib. Sərgi oktyabrın 4-dək davam edəcək.

Tədbir çərçivəsində 150-yə yaxın seminar və müxtəlif proqramların keçirilməsi nəzərdə tutulub. Sərgini 30 mindən çox ziyarətçinin ziyarət edəcəyi gözlənilir.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Mərhum Sevinc Kərimovanın “Tərəqqi” medalı qızına verildi

Next Article

“Sumqayıt”dan mövsümə inamlı start – NTD məğlub edildi

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Bu gün Xalq artisti Siyavuş Aslanın doğum günüdür

Aysel Əlibəyli 05 Sentyabr 2026 · 13:41 1140 baxış Elpress.az xəbər verir ki, Azərbaycan teatr və kino sənətinin tanınmış simalarından olan Xalq artisti Siyavuş Aslanın doğum günüdür. Sənətkar 1935-ci il sentyabrın 5-də Bakının Saray kəndində […]

Milli Musiqi Günü Üzeyir Hacıbəylinin məzarı ziyarət olunub

Aysel Əlibəyli 18 Sentyabr 2026 · 12:08 1071 baxış Üzeyir Hacıbəylinin 141-ci ildönümü münasibətilə I Fəxri xiyabanda mərasim keçirilib Elpress.az xəbər verir ki, Sentyabrın 18-də dahi bəstəkar, musiqişünas, pedaqoq və ictimai xadim Üzeyir Hacıbəylinin anadan […]

Nazir Xalq artistini evində ziyarət etdi

Aysel Əlibəyli 31 İyul 2026 · 12:13 1058 baxış Adil Kərimli 96 yaşlı bəstəkar Tofiq Bakıxanovla görüşüb Elpress.az xəbər verir ki, Mədəniyyət naziri Adil Kərimli 30 iyul tarixində Xalq artisti, görkəmli bəstəkar və pedaqoq Tofiq […]

Əsərləri niyə “təhlükəli” sayılırdı? – Jan de Lafonten

Aysel Əlibəyli 08 İyul 2026 · 15:11 1118 baxış Bu gün dünya ədəbiyyatının görkəmli nümayəndələrindən olan Jean de La Fontainein doğum günüdür. Elpress.az-ın Kulis.az-a istinadən verdiyi məlumata əsasən, XVII əsr Fransa ədəbiyyatının ən görkəmli simalarından […]