Sumqayıt şəhərində yerləşən 36 nömrəli tam orta məktəbdə şagirdlərin səhhətində problem yaranıb.
Elpress.az xəbər verir ki, ilkin məlumata əsasən, 14 şagird zəhərlənmə şübhəsi ilə xəstəxanaya çatdırılıb. Onlardan 11-i oğlan, 3-ü isə qızdır.
TƏBİB-in məlumatına görə, şagirdlər saat 10:20 radələrində Sumqayıt Tibb Mərkəzinin Uşaq Xəstəxanasının Yoluxucu xəstəliklər şöbəsinə hospitalizasiya olunublar.
Hazırda onlara zəruri tibbi yardım göstərilir. Həkimlərin qiymətləndirməsinə əsasən, şagirdlərin vəziyyəti stabildir və müalicələri davam etdirilir.
Hadisə ilə bağlı Qida Təhlükəsizliyi Agentliyi tərəfindən araşdırma aparılır. Zəhərlənməyə səbəb ola biləcək amillərin müəyyənləşdirilməsi istiqamətində müvafiq tədbirlər görülür.
Araşdırmanın nəticələri ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcəyi bildirilib.


