--:--:-- | 02 Oktyabr 2026, Cümə
Son Xəbər
Yüklənir...

Gömrük statistikası Kənd Təsərrüfatı Nazirliyinə də təqdim ediləcək

Aysel Əlibəyli 14 Avqust 2026 · 13:36 1056 baxış

Xarici ticarət üzrə gömrük məlumatlarının təqdim olunduğu dövlət qurumlarının siyahısı genişləndirilib

Elpress.az xəbər verir ki, Azərbaycanda xarici ticarətə dair gömrük statistikası məlumatlarının təqdim ediləcəyi dövlət qurumlarının siyahısına dəyişiklik edilib.Prezident İlham Əliyevin imzaladığı fərmana əsasən, bundan sonra xarici ticarətin gömrük statistikası məlumatları Kənd Təsərrüfatı Nazirliyinə də təqdim olunacaq.İndiyədək bu məlumatlar Milli Məclis, Mərkəzi Bank, Prezident Administrasiyası, Nazirlər Kabineti, İqtisadiyyat Nazirliyi, Maliyyə Nazirliyi, Qida Təhlükəsizliyi Agentliyi, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi və Dövlət Statistika Komitəsinə təqdim edilirdi.Yeni qərarla həmin siyahıya Kənd Təsərrüfatı Nazirliyi də daxil edilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Rusiya: Yaponiya ABŞ-la əməkdaşlıq edərək yenidən hərbiləşir

Next Article

Trampa qarşı Ankarada sui-qəsd iddiası

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Azərbaycanda çevik iş vaxtı modeli tətbiq oluna bilər

Aysel Əlibəyli 21 İyul 2026 · 14:38 1082 baxış 2026–2030-cu illər üzrə Tədbirlər Planında çevik iş rejimi modellərinin hazırlanması nəzərdə tutulur. Elpress.az xəbər verir ki, Azərbaycanda beynəlxalq təcrübəyə əsaslanan çevik iş vaxtı rejiminin tətbiqi istiqamətində […]

Ezamiyyət qaydalarında dəyişiklik edildi

Aysel Əlibəyli 01 Oktyabr 2026 · 14:40 1034 baxış Elpress.az xəbər verir ki, Maliyyə Nazirliyinin Kollegiyası işçilərin ezamiyyətə göndərilməsi ilə bağlı mövcud qaydalara dəyişiklik edib. Yenilik 2012-ci il yanvarın 18-də təsdiqlənmiş **“İşçilərin Ezamiyyə Qaydaları”**na şamil […]