Azərbaycan Basketbol Liqasında yeni mövsümün ilk turunun növbəti qarşılaşması baş tutub.
Elpress.az xəbər verir ki, Bakı İdman Sarayında keçirilən oyunda “Sumqayıt” və NTD komandaları üz-üzə gəlib.
Gərgin mübarizə şəraitində keçən görüş “Sumqayıt”ın üstünlüyü ilə yekunlaşıb. Komanda rəqibinin səbətinə 111 xal göndərərək 94 xal buraxıb və 111:94 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, turun ilk oyununda “Sabah” “LANDAU Lions” üzərində 84:74 hesablı qələbə qazanıb.
Azərbaycan Basketbol Liqasında ilk turun digər oyunları oktyabrın 3-ü və 4-də keçiriləcək. “Naxçıvan” – “Neftçi” qarşılaşması isə Bakı klubunun FIBA Avropa Kubokunda iştirakı ilə əlaqədar başqa tarixə keçirilib.


