Şuşa şəhərində Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin iştirakı ilə üçtərəfli görüş keçirilir. Görüşdə üç ölkə arasında müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın perspektivlərinin müzakirəsi gözlənilir.
Elpress.az xəbər verir ki, tədbirdə Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov, Türkiyənin milli müdafiə naziri Yaşar Gülər və Gürcüstanın Baş nazirinin müavini, müdafiə naziri İrakli Çikovani iştirak edir.
Üçtərəfli toplantıdan əvvəl müdafiə nazirləri Şuşada bir sıra məkanlara baxış keçirib və şəhərlə tanış olublar.
Görüş çərçivəsində Azərbaycan, Türkiyə və Gürcüstan arasında hərbi və təhlükəsizlik istiqamətində mövcud əməkdaşlığın vəziyyəti, həmçinin gələcək əlaqələrin inkişaf imkanlarının nəzərdən keçirilməsi planlaşdırılır.


