--:--:-- | 02 Oktyabr 2026, Cümə
Son Xəbər
Yüklənir...

AMB-də yeni baş direktor təyin edildi

Aysel Əlibəyli 02 Oktyabr 2026 · 15:19 1016 baxış

Azərbaycan Mərkəzi Bankında yeni təyinat həyata keçirilib.

Elpress.az xəbər verir ki, Mərkəzi Bankın Pul siyasəti departamentinin direktoru Azər Məlağırov qurumun baş direktoru vəzifəsinə təyin olunub. Bununla da AMB-də baş direktorların sayı yenidən 10-a yüksəlib.

Azər Məlağırov bu vəzifədə avqust ayında fəaliyyətini dayandıran Vüqar Əhmədovu əvəz edib.

1977-ci ildə Bakıda anadan olan A.Məlağırov 1997-ci ildə Azərbaycan Dövlət İqtisad İnstitutunda “İqtisadiyyatın tənzimlənməsi” ixtisası üzrə bakalavr, 1999-cu ildə isə magistr təhsili alıb.

O, əmək fəaliyyətinə 1997-ci ildə Mərkəzi Bankda başlayıb. Müxtəlif illərdə pul-kredit və monetar siyasət istiqamətində müxtəlif vəzifələrdə çalışan Məlağırov şöbə rəisi və departament direktor müavini kimi də fəaliyyət göstərib.

2009-cu ilin iyunundan etibarən isə Mərkəzi Bankın Pul siyasəti departamentinə rəhbərlik edib.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Sumqayıtda məktəbdə 14 şagird xəstəxanaya yerləşdirilib – Araşdırma aparılır

Next Article

İnam Kərimov: “Süni intellekt hakimi əvəz edə bilməz”

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Xarici diplomatlar “İstisu” zavoduna baş çəkib

Aysel Əlibəyli 12 Sentyabr 2026 · 16:40 1050 baxış Diplomatlar Kəlbəcərdə mineral suyun istehsal prosesi ilə tanış olublar Elpress.az xəbər verir ki, Qarabağ və Şərqi Zəngəzura səfər edən diplomatik korpusun nümayəndələri Kəlbəcər rayonunda yerləşən “İstisu” […]

ƏDV geri ödənişlərində rekord məbləğ

Aysel Əlibəyli 08 İyun 2026 · 11:28 1114 baxış 2026-cı ilin yanvar-may aylarında vətəndaşlara qaytarılan ƏDV məbləği 87,3 milyon manatı ötüb. Elpress.az xəbər verir ki,Dövlət Vergi Xidmətinin açıqladığı məlumata əsasən, geri ödənişlər pərakəndə satış və […]

Azərbaycanda vergi ödəyicilərinin sayı 4,8% artıb

Aysel Əlibəyli 12 Avqust 2026 · 13:34 1058 baxış Ölkədə uçotda olan vergi ödəyicilərinin sayı 1,7 milyonu ötüb Elpress.az xəbər verir ki, Azərbaycanda uçotda olan vergi ödəyicilərinin sayında artım qeydə alınıb.Dövlət Vergi Xidmətinin məlumatına əsasən, […]