--:--:-- | 26 İyul 2026, Bazar
Son Xəbər
Yüklənir...

Rusiyanın Kiyevə hücumunda diplomatların qaldığı otel zədələndi

Aysel Əlibəyli 03 İyul 2026 · 17:06 1054 baxış

Rusiyanın Kiyevə həyata keçirdiyi gecə hücumu zamanı Avropa Parlamenti əməkdaşlarının və xarici diplomatların yerləşdiyi otelə də zərər dəyib.

Elpress.az xəbər verir ki, Rusiya ordusunun iyulun 2-nə keçən gecə Ukraynanın paytaxtı Kiyevə pilotsuz uçuş aparatları və ballistik raketlərlə həyata keçirdiyi hücum nəticəsində xarici diplomatların qaldığı “Cityhotel Residence” oteli də zədələnib.Məlumata görə, hücum zamanı oteldə müxtəlif ölkələrin diplomatları ilə yanaşı, Avropa Parlamentinin əməkdaşları və Avstriyanın Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri Robert Martin Müller də qalırdı.Hadisədən sonra Avropa Parlamentinin sədri Roberta Metsola “X” sosial şəbəkəsində paylaşım edərək, qurumun əməkdaşlarının yerləşdiyi otelin gecə hücumu zamanı zərər gördüyünü bildirib və Rusiyanın hücumunu kəskin şəkildə pisləyib.Avstriyanın Ukraynadakı səfiri Robert Martin Müller də hücum zamanı qaldığı otelin zədələndiyini təsdiqləyib. Onun sözlərinə görə, baş verən hadisə nəticəsində binaya ciddi maddi ziyan dəyib.İlkin məlumata əsasən, hücum zamanı diplomatlar və otel əməkdaşları arasında xəsarət alan olmayıb. Bununla belə, onların şəxsi əmlakına və otelin infrastrukturuna ziyan dəyib.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Aİ-ABŞ ticarəti rekord göstəriciyə yüksəldi

Next Article

AQTA Ağcabədidə kafedə ciddi nöqsanlar aşkarladı

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Rusiya ərazisində strateji obyektlərə zərbələr

Aysel Əlibəyli 04 İyun 2026 · 18:49 1129 baxış Ukrayna Müdafiə Qüvvələri Krım yarımadasında Rusiyanın sərhəd nəzarət gəmisinə qarşı əməliyyat həyata keçirib, eyni zamanda işğal olunmuş bölgələrdəki obyektləri və Rusiya ərazisində yerləşən barıt zavodu ilə […]

Hörmüz boğazı yenidən bağlandı – media

Aysel Əlibəyli 20 İyun 2026 · 18:51 1062 baxış Elpress.az xəbər verir ki, İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Hörmüz boğazının yenidən bağlandığını açıqlayıb. Məlumata görə, SEPAH bu qərarı İsrailin Livanın cənubunda hərbi əməliyyatlara başlamasına […]

Rusiya paytaxtı dron və raketlərlə vurdu!

Aysel Əlibəyli 15 İyun 2026 · 11:32 1076 baxış Ötən gecə Rusiya ordusu tərəfindən təkcə Kiyev istiqamətinə 60-dan çox raket buraxılıb. Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın ölkə daxilində həyata keçirdiyi son kütləvi və amansız hava […]