--:--:-- | 05 Oktyabr 2026, Bazar ertəsi
Son Xəbər
Yüklənir...

AQTA Ağcabədidə kafedə ciddi nöqsanlar aşkarladı

Aysel Əlibəyli 03 İyul 2026 · 17:09 1120 baxış

AQTA-nın Ağcabədidə keçirdiyi yoxlama zamanı ictimai iaşə obyektində qida təhlükəsizliyi qaydalarının pozulduğu müəyyən edilib.

Elpress.az-ın Azərtac.az-a istinadən verdiyi məlumata əsasən, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Qarabağ regional bölməsinin əməkdaşları Ağcabədi rayonu, Ağcabədi–Bəhramtəpə avtomobil yolu üzərində yerləşən, fiziki şəxs Röyal Bəhlul oğlu Səfərova məxsus “Şah” kafesində planlı yoxlama həyata keçiriblər.AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsinin yaydığı məlumata əsasən, yoxlama zamanı qida təhlükəsizliyi sahəsində bir sıra ciddi pozuntular aşkar edilib. Belə ki, istehlaka təqdim olunan ət məhsullarına dair müşayiətedici sənədlərin olmadığı, süd və ət məhsullarının müvafiq etiket məlumatları ilə təmin edilmədiyi, həmçinin məhsulların saxlanılması zamanı mal qonşuluğu prinsipinin pozulduğu müəyyənləşdirilib.Bundan başqa, müəssisədə istifadə olunan suyun filtrasiya edilmədiyi, mexaniki havalandırma sisteminin quraşdırılmadığı, sanitariya-gigiyena normalarına əməl olunmadığı və zəruri təmizlik işlərinin lazımi səviyyədə aparılmadığı da yoxlama zamanı üzə çıxıb.Aşkarlanmış nöqsanlarla əlaqədar sahibkar barəsində inzibati xəta haqqında protokol tərtib olunub. Eyni zamanda, pozuntuların qısa müddətdə aradan qaldırılması məqsədilə icrası məcburi olan göstərişlər verilib.AQTA bildirib ki, əhalinin sağlamlığının qorunması, təhlükəsiz qida məhsulları ilə təminatın gücləndirilməsi və qida təhlükəsizliyi sahəsində qanunvericiliyin tələblərinə əməl olunmasına nəzarət tədbirləri bundan sonra da davam etdiriləcək.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Rusiyanın Kiyevə hücumunda diplomatların qaldığı otel zədələndi

Next Article

Kənd təsərrüfatı naziri Lerikdə vətəndaşları qəbul etdi

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Tovuzda ildırım evi yandırdı

Aysel Əlibəyli 19 İyul 2026 · 17:28 1080 baxış Tovuzda ildırımın vurduğu evdə yanğın baş verdi, 10 nəfər zəhərləndi Elpress.az xəbər verir ki, Tovuz rayonunda ildırım çaxması nəticəsində fərdi yaşayış evində yanğın baş verib.Hadisə Yuxarı […]

Tiktoker “Arzum”un faciəvi qəza detalına baxış

Aysel Əlibəyli 02 Avqust 2026 · 15:23 1078 baxış İlduzə Hacıyevanın ölümcül yol qəzası ilə bağlı məhkəməyə təqdim edilən yeni faktlar bəlli olub Elpress.az xəbər verir ki, “Arzum9999” ləqəbli tiktoker İlduzə Hacıyevanın törətdiyi iddia olunan […]

Bakıda sərnişin avtobusu alovlandı

Aysel Əlibəyli 13 Avqust 2026 · 08:56 1056 baxış Bakıda 61 nömrəli sərnişin avtobusu yanıb Elpress.az xəbər verir ki, Hadisə Nəsimi rayonunda, Şəmsi Bədəlbəyli küçəsində, Heydər Əliyev Sarayının yaxınlığındakı avtobus dayanacağında baş verib. 61 nömrəli […]