--:--:-- | 22 Oktyabr 2026, Cümə axşamı
Son Xəbər
Yüklənir...

Ukraynadan Qara dəniz əməliyyatı: Rusiyanın hərbi logistikasına zərbə

Aysel Əlibəyli 19 İyul 2026 · 15:41 1130 baxış

Ukrayna Silahlı Qüvvələri Qara dənizdə Rusiyaya məxsus iki tankerə zərbə endirib.

Elpress.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahına istinadən RBK-Ukrayna məlumat yayıb.Bildirilib ki, zərbələr nəticəsində Qara dəniz akvatoriyasında Rusiyanın iki tankeri, həmçinin Azov dənizində yerləşən üzən kran hədəfə alınıb.

Məlumata görə, tankerlər Rusiya ordusunun ehtiyacları üçün neft məhsulları və yanacağın daşınmasında istifadə olunurdu. Üzən kran isə liman əməliyyatlarının və hərbi dəniz logistikasının təmin edilməsində mühüm rol oynayırdı.

Baş Qərargahın açıqlamasına əsasən, Ukrayna hərbçiləri Zaporojye vilayətinin Zelenopolye yaşayış məntəqəsi yaxınlığında yerləşən “Buk” zenit-raket kompleksini də vurublar.

Bundan əlavə, Donetsk vilayətinin Novoekonomiçeskoye rayonundakı avtomobil körpüsünə zərbə endirildiyi bildirilib.

Qeyd olunub ki, həmin körpüdən Rusiya ordusu hərbi logistika məqsədilə istifadə edirdi. Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Rusiya hərbi infrastrukturuna qarşı əməliyyatların davam etdiriləcəyini vurğulayıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

İsmayıllıda dəhşətli qəza: Motosikletlə “Opel” toqquşdu, 3 nəfər həyatını itirdi

Next Article

Bakı metrosunda havalandırma sistemi yenilənir

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Rusiya daha bir qəsəbəyə nəzarəti ələ keçirdi

Aysel Əlibəyli 21 İyul 2026 · 15:58 1086 baxış Rusiya ordusu Xarkov vilayətində Voloxovskoye qəsəbəsini nəzarətə götürdüyünü açıqlayıb Elpress.az xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi Silahlı Qüvvələrin Ukraynada daha bir yaşayış məntəqəsinə nəzarəti ələ keçirdiyini […]

BƏƏ İranı gəmilərə hücumda ittiham edib

Aysel Əlibəyli 14 Avqust 2026 · 13:02 1074 baxış BƏƏ: İran Hörmüz boğazından keçən iki gəmini hədəfə alıb Elpress.az xəbər verir ki, Birləşmiş Ərəb Əmirlikləri İranı dövlətə məxsus ADNOC şirkəti ilə əlaqəli iki gəmini Hörmüz […]

ABŞ Şərqi Sakit okeanda şübhəli gəmini vurdu

Elşən 25 Aprel 2026 · 07:01 1139 baxış ABŞ Şərqi Sakit okeanda narkotik qaçaqmalçılığı üçün istifadə olunduğu güman edilən bir gəmiyə zərbə endirildiyini açıqlayıb. Qurumun bildirdiyinə görə, kəşfiyyat məlumatları həmin gəminin regionda məşhur qaçaqmalçılıq marşrutları […]