--:--:-- | 05 Oktyabr 2026, Bazar ertəsi
Son Xəbər
Yüklənir...

Aİ-ABŞ ticarəti rekord göstəriciyə yüksəldi

Aysel Əlibəyli 03 İyul 2026 · 17:03 1134 baxış

Avropa İttifaqı ilə ABŞ arasında ticarət dövriyyəsi ötən il tarixi maksimuma çataraq 875 milyard avro həcmində qeydə alınıb.

Elpress.az məlumat verir ki, Avropa İttifaqı (Aİ) ilə ABŞ arasında iqtisadi və ticarət əlaqələri ötən il rekord səviyyəyə yüksəlib. Rəsmi göstəricilərə əsasən, tərəflər arasında ümumi ticarət dövriyyəsi 875 milyard avroya, yəni təxminən 1 trilyon ABŞ dollarına çataraq indiyədək qeydə alınmış ən yüksək nəticəni göstərib.Hesabata görə, Aİ-nin ABŞ-yə ixracı əvvəlki illə müqayisədə 7,7 faiz artaraq 580 milyard avro təşkil edib. Eyni dövrdə ABŞ-nin Avropa İttifaqına ixracı da 2,2 faiz artım nümayiş etdirərək 295 milyard avroya yüksəlib.Bu göstəricilər nəticəsində Avropa İttifaqının ABŞ ilə ticarətdə profisiti təxminən 285 milyard avro olub. Mütəxəssislər bunu tərəflər arasında iqtisadi əməkdaşlığın güclənməsi və ticarət münasibətlərinin genişlənməsi ilə əlaqələndirirlər.Bununla yanaşı, bəzi sektorlarda azalma da müşahidə olunub. Belə ki, 2025-ci ildə Avropa İttifaqından ABŞ-yə avtomobil və avtomobil hissələrinin ixracı 20,4 faiz geriləyib. Buna baxmayaraq, ümumi ticarət dövriyyəsi rekord səviyyəyə çataraq Aİ ilə ABŞ arasında iqtisadi əlaqələrin güclü dinamikasını bir daha nümayiş etdirib.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

“Kristal” və “Florim” strateji tərəfdaşlığa başladı

Next Article

Rusiyanın Kiyevə hücumunda diplomatların qaldığı otel zədələndi

Bəlkə də, sizin üçün maraqlı olar ...;

İran dron istehsalını sürətlə bərpa edir

Elşən 21 May 2026 · 12:38 1143 baxış ABŞ kəşfiyyat orqanlarının yeni qiymətləndirmələrinə görə, İranın hərbi-sənaye kompleksi gözləniləndən daha sürətlə bərpa olunur və ölkə artıq pilotsuz uçuş aparatlarının – xüsusilə də hücum tipli dronların istehsalını […]

Tramp sevdiyi mahnının müəllifini yad etdi

Aysel Əlibəyli 02 İyul 2026 · 17:30 1098 baxış ABŞ Prezidenti Donald Tramp vəfat edən məşhur musiqiçi və “Y.M.C.A.” hitinin müəllifi Viktor Uillisin xatirəsinə həsr olunmuş paylaşım edib. Elpress.az xəbər verir ki, ABŞ Prezidenti Donald […]

Rusiya daha bir qəsəbəyə nəzarəti ələ keçirdi

Aysel Əlibəyli 21 İyul 2026 · 15:58 1074 baxış Rusiya ordusu Xarkov vilayətində Voloxovskoye qəsəbəsini nəzarətə götürdüyünü açıqlayıb Elpress.az xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi Silahlı Qüvvələrin Ukraynada daha bir yaşayış məntəqəsinə nəzarəti ələ keçirdiyini […]