--:--:-- | 14 Oktyabr 2026, Çərşənbə
Son Xəbər
Yüklənir...

Keçmiş İspaniya baş nazirinin Fransa millisi ilə bağlı sözləri qalmaqal yaratdı

Aysel Əlibəyli 12 İyul 2026 · 20:59 1084 baxış

İspaniyanın keçmiş baş naziri Mariano Rahoyun Fransa milli futbol komandası barədə səsləndirdiyi fikirlər həm siyasi, həm də idman ictimaiyyətində geniş müzakirələrə səbəb olub.

Elpress.az xəbər verir ki, İspaniyanın keçmiş baş naziri Mariano Rahoy “El Debate” qəzetində dərc olunan məqaləsində Fransa millisinin heyəti ilə bağlı səsləndirdiyi fikirlərlə diqqət çəkib. O, Dünya Çempionatının yarımfinalında İspaniya ilə Fransa arasında keçiriləcək oyuna toxunaraq, Fransa komandasının güclü rəqib olduğunu bildirsə də, heyətdə “heç bir fransız oyunçunun olmadığını” iddia edib.Rahoy yazısında Fransa millisinin ikiqat dünya çempionu olduğunu və son dünya çempionatında finala yüksəldiyini xatırladaraq komandanın yüksək səviyyəli futbolçulardan ibarət olduğunu vurğulayıb. Bununla yanaşı, onun milli komandanın tərkibi ilə bağlı səsləndirdiyi fikirlər Fransada ciddi etirazlara səbəb olub.Fransa Sosialist Partiyasının birinci katibi Olivye For bildirib ki, Fransa millisinin bütün üzvləri Fransa vətəndaşlarıdır və onların milli kimliyini şübhə altına almaq qəbuledilməzdir. O, ölkənin etnik deyil, respublika dəyərləri üzərində qurulmuş siyasi millət olduğunu vurğulayıb və Rahoyun açıqlamalarını irqçi ritorika kimi qiymətləndirib.Fransanın ayrı-seçkiliklə mübarizə üzrə nümayəndə naziri Oror Berje də bu fikirləri sərt tənqid edərək bildirib ki, idmanda insanların yalnız istedadı ön planda olmalıdır. O, Fransa millisinin ölkənin ən yaxşı dəyərlərini təmsil etdiyini qeyd edib.Qeyd edək ki, 71 yaşlı Mariano Rahoy 2011–2018-ci illərdə İspaniyanın baş naziri vəzifəsini icra edib. Onun açıqlamaları Dünya Çempionatının İspaniya–Fransa yarımfinalına az qalmış Avropada milli kimlik və müxtəliflik mövzusu ətrafında yeni müzakirələrə yol açıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Şəmkirdə 38 yaşlı qadını elektrik cərəyanı vuraraq öldürdü

Next Article

İran rəsmisi: Qəşm adasına 10-dan çox raket atılıb

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Ermənistanda hərbçi partlayışda ölüb

Aysel Əlibəyli 24 Sentyabr 2026 · 14:31 1080 baxış Müqaviləli hərbi qulluqçu naməlum şəraitdə baş verən partlayış nəticəsində həyatını itirib Elpress.az xəbər verir ki, Ermənistanda müqaviləli hərbi qulluqçu partlayış nəticəsində həyatını itirib.Hadisə naməlum şəraitdə baş […]

Enerqodara dron hücumu: 1 nəfər ölüb

Aysel Əlibəyli 18 Avqust 2026 · 10:55 1066 baxış Zaporojye AES-in yerləşdiyi şəhərə hücum nəticəsində 15 nəfər yaralanıb Elpress.az xəbər verir ki, Ukraynanın Zaporojye vilayətində yerləşən Enerqodar şəhərinin dron hücumuna məruz qaldığı bildirilir.“İnterfax”ın məlumatına görə, […]

Faracın partiyası Britaniya siyasətini silkələyir

Aysel Əlibəyli 27 May 2026 · 14:30 1188 baxış Naycel Faracın rəhbərlik etdiyi ifrat sağçı siyasi partiya son dövrlərdə artan dəstək və ictimai müzakirələr fonunda Britaniya siyasətinin əsas gündəm mövzularından birinə çevrilərək, ölkənin siyasi mərkəzində […]