--:--:-- | 13 Avqust 2026, Cümə axşamı
Son Xəbər
Yüklənir...

Paytaxt və Sumqayıtda qurbağa axını: mütəxəssislər səbəbi açıqladı

Aysel Əlibəyli 29 İyun 2026 · 13:51 1110 baxış

Elpress.az xəbər verir ki, son günlər Bakı və Sumqayıtın bir sıra ərazilərində qurbağaların kütləvi şəkildə görünməsi sakinlər arasında narahatlıq yaradıb.

Xüsusilə Bakı şəhərinin Maştağa və Ramana qəsəbələrində, həmçinin Abşeron rayonunun Novxanı və Saray qəsəbələri, eləcə də Sumqayıtın Yaşma bağları və Qurd dərəsi ərazilərində həyətlər, küçələr və boş sahələr minlərlə qurbağa ilə dolub.

Sakinlərin sözlərinə görə, qurbağaların sayı o qədər çoxdur ki, onlar avtomobil yollarına çıxaraq nəqliyyatın hərəkətini də çətinləşdirir. Bəzi sürücülər yollarda daha ehtiyatlı hərəkət etməyə məcbur olduqlarını bildirirlər.

Məsələ ilə bağlı açıqlama verən Canlı Sistemlərin Tədqiqi İnstitutunun aparıcı elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru Gülbəniz Qasımova bildirib ki, bu il yaz və yay aylarında müşahidə olunan yağıntılı hava şəraiti qurbağaların çoxalması üçün əlverişli mühit formalaşdırıb.

Onun sözlərinə görə, aramsız yağışlar nəticəsində yaranan gölməçələr uzun müddət qurumayıb və bu da qurbağa kürülərinin böyük hissəsinin inkişafını tamamlamasına şərait yaradıb.

Mütəxəssis qeyd edib ki, hazırda müşahidə olunanlar əsasən Abşeron yarımadasında yayılan naxışlı quru qurbağasının bala fərdləridir. Bu növ minlərlə kürü qoyur və əlverişli şəraitdə onların böyük hissəsi inkişaf edərək yeni fərdlərə çevrilir.

Gülbəniz Qasımovanın sözlərinə görə, son yağışlardan sonra gölməçələrdəki bala qurbağaların sel suları vasitəsilə ətrafa yayılması onların kütləvi şəkildə görünməsinə səbəb olub.

Bioloq vurğulayıb ki, bu hal tamamilə təbiidir və insanlar üçün heç bir təhlükə yaratmır. O bildirib ki, təbiətdə qurbağaların sayını tənzimləyən təbii mexanizmlər mövcuddur və müəyyən müddətdən sonra onların sayı normal səviyyəyə qayıdacaq.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Rusiya ordusunun Dneprə hücumu can aldı: yaralılar var

Next Article

TİMBİR-in II Qurultayı keçirildi – Aqil Ələsgər yenidən İdarə Heyətinə seçildi

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Bu gün bəzi ərazilərdə elektrik enerjisi məhdudlaşdırılacaq

Aysel Əlibəyli 07 Avqust 2026 · 08:27 1028 baxış Elektrik şəbəkəsində aparılacaq təmir və yenidənqurma işləri ilə əlaqədar avqustun 7-də Bakının bəzi ərazilərində və bir neçə rayonda elektrik enerjisinin verilişində müvəqqəti fasilələr yaranacaq. Elpress.az xəbər […]

DİN-in tabeliyindəki üç uşaq bağçası BŞTİ-yə təhvil verildi

Aysel Əlibəyli 06 Avqust 2026 · 11:14 1020 baxış Daxili İşlər Nazirliyinin tabeliyində fəaliyyət göstərən üç məktəbəqədər təhsil müəssisəsi Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyinə verilib. Elpress.az xəbər verir ki, bu barədə BŞTİ məlumat […]

Bakının 5 əsas yolunda nəqliyyat sıxlığı yarandı

Aysel Əlibəyli 03 Avqust 2026 · 09:47 1030 baxış Bakının bir sıra əsas magistral yollarında nəqliyyatın hərəkətində sıxlıq müşahidə olunur. Elpress.az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Məlumata əsasən, […]