--:--:-- | 23 Sentyabr 2026, Çərşənbə
Son Xəbər
Yüklənir...

Uşaqlara uyğun olmayan görüntülərin göndərilməsinə məhdudiyyət

Aysel Əlibəyli 08 İyun 2026 · 16:04 1108 baxış

Böyük Britaniya hökuməti azyaşlıların internet üzərindən uyğun olmayan məzmun paylaşmasının qarşısını almaq məqsədilə texnologiya şirkətləri qarşısında yeni tələblər irəli sürüb.

Baş nazir Keir Starmer bildirib ki, şirkətlərə uşaqların elektron cihazlar vasitəsilə intim xarakterli görüntülər göndərməsi və qəbul etməsini məhdudlaşdıracaq təhlükəsizlik sistemlərini tətbiq etmək üçün üç ay vaxt verilib. Elpress.az xəbər verir ki, Qərara əsasən, apple.com⁠�, google.com⁠� və digər texnologiya şirkətləri müəyyən edilmiş müddətdə müvafiq tədbirləri həyata keçirməlidirlər.Rəsmi London xəbərdarlıq edib ki, tələblər yerinə yetirilməyəcəyi halda, bu mexanizmlərin məcburi tətbiqini nəzərdə tutan qanunvericilik təşəbbüsü irəli sürüləcək. Hökumət qaydalara əməl etməyən şirkətlərə qarşı maliyyə sanksiyalarının tətbiqini də istisna etmir.Bundan əlavə, açıqlamada vurğulanıb ki, son tədbir kimi qanunvericiliyin tələblərini pozan şirkət rəhbərlərinin hüquqi məsuliyyətə cəlb olunması məsələsi də gündəmdə ola bilər.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

“Qarabağ Tallin” Brüsseldən gümüş medalla döndü

Next Article

Yağışlı və dolulu hava xəbərdarlığı

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Dünya neft bazarında eniş dalğası

Aysel Əlibəyli 13 İyun 2026 · 09:50 1098 baxış Londonun ICE birjasında aparılan ticarət əməliyyatları zamanı “Brent” markalı neft üzrə 2026-cı ilin avqust ayı üçün fyuçers müqavilələrinin qiyməti 3,37 faiz azalaraq bir barel üçün 87,33 […]

Donald Trump: Si Cinpinlə görüş böyük uğur oldu

Elşən 16 May 2026 · 08:09 1127 baxış Donald Trump Xi Jinping arasında keçirilən ikigünlük görüşü ABŞ lideri uğurlu qiymətləndirib. Elpress.az-ın məlumatına əsasən, Ağ Evə qayıtdıqdan sonra jurnalistlərə danışan Tramp görüşlərin məhsuldar keçdiyini bildirib. “Çox […]