Rusiya XİN rəhbəri Leypsiq hava limanındakı insidentlə bağlı ittihamları “əsl müharibənin başlanğıcı” adlandırıb
Elpress.az xəbər verir ki, Rusiya xarici işlər naziri Sergey Lavrov Almaniyanın Rusiyaya qarşı mövqeyini sərt şəkildə tənqid edib.Lavrov Leypsiq/Halle hava limanında baş verdiyi bildirilən dron insidenti ilə bağlı Moskvanın məsuliyyət daşıması barədə Qərbin ittihamlarını “əsl müharibənin başlanğıcı” kimi qiymətləndirib. Almaniya isə hadisə ilə bağlı Rusiyanı məsul hesab etdiyini açıqlayıb.
Rusiya XİN rəhbəri Berlinin diplomatik nümayəndəliklərlə bağlı son addımlarını da tənqid edərək, Almaniyanın “yenə müharibə istədiyini” iddia edib. O, tarixin dərslərinin nəzərə alınmadığını bildirib.Lavrovun sözlərinə görə, Rusiya rəhbərliyi baş verənlərlə bağlı müvafiq nəticələr çıxaracaq. O, həmçinin bəzi müasir avropalı siyasətçilərin gələcəkdə siyasi səhnədən uzaqlaşdırılacağını iddia edib.


