--:--:-- | 03 Noyabr 2026, Çərşənbə axşamı
Son Xəbər
Yüklənir...

İsraildən sərt açıqlama: geri çəkilmə yoxdur

Aysel Əlibəyli 12 İyun 2026 · 18:46 1150 baxış

İsrailin müdafiə naziri Israel Katz “X” sosial şəbəkəsində açıqlama verərək ölkəsinin Suriya, Livan və Qəzza zolağından geri çəkilməyəcəyini bildirib.

Nazir qeyd edib ki, İsrail ABŞ ilə birlikdə İrana qarşı “sarsıdıcı zərbələr” endirib və Tehranın hərbi potensialını illərlə geriyə salıb. Elpress.az APA-ya istinadən xəbər verir ki, Israel Katz vurğulayıb ki, İsrail gələcəkdə İrana qarşı müstəqil hərəkət etmək imkanını qoruyub saxlamalıdır və bu istiqamətdə orduya hazır vəziyyətdə olmaq üçün tapşırıqlar verilib.O, həmçinin ölkəsinin təhlükəsizlik strategiyasının davam etdiriləcəyini bildirərək İranın dəstəklədiyi “şiə oxu” və “Müsəlman Qardaşlığı” ilə bağlı qüvvələrə qarşı mübarizənin gücləndiriləcəyini qeyd edib.Qeyd edək ki, bəyanat Yaxın Şərqdə artan gərginlik fonunda verilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Hacıqabulda 160 MVt-lıq günəş elektrik stansiyası tikiləcək

Next Article

HDQ-də döyüş hazırlığı üzrə taktiki təlim keçirilib

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Moskvanın əsas aeroportlarında uçuşlara məhdudiyyət qoyuldu

Aysel Əlibəyli 22 İyun 2026 · 15:06 1214 baxış Rusiyanın paytaxtı Moskvanın bütün əsas hava limanlarında təyyarələrin qəbulu və yola salınması müvəqqəti olaraq dayandırılıb. Elpress.az xəbər verir ki, bu barədə Rusiyanın Federal Hava Nəqliyyatı Agentliyi […]

Ərdoğanın növbəti seçkidə namizəd olacağı açıqlanıb

Aysel Əlibəyli 15 Oktyabr 2026 · 17:19 1076 baxış Türkiyədə növbəti prezident seçkilərinin 2028-ci ilin mart və ya aprel aylarında keçirilməsi gözlənilir. Elpress.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın baş müşaviri […]