--:--:-- | 06 Sentyabr 2026, Bazar
Son Xəbər
Yüklənir...

Qubada ağır qəza: 1 nəfər ölüb, 2 nəfər yaralanıb

Aysel Əlibəyli 06 Sentyabr 2026 · 16:53 1010 baxış

“Mercedes” ağaca çırpılıb aşıb, yaralılardan birinin müalicəsi xəstəxanada davam edir

Elpress.az xəbər verir ki, Quba-Xaçmaz avtomobil yolunun rayonun Barlı kəndi ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.Hadisə sentyabrın 6-da saat 00:20 radələrində qeydə alınıb. İlkin məlumata görə, 24 yaşlı Seyfəlmülk Eldarov idarə etdiyi “Mercedes” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq ağaca çırılıb və aşıb.Qəza zamanı avtomobildə olan 26 yaşlı Sənan Ramazanov aldığı xəsarətlərdən hadisə yerində həyatını itirib. Sürücü və digər sərnişin, 26 yaşlı Roman Ramazanov isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.Yaralılar sentyabrın 6-da saat 01:10 radələrində Quba Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Onlara müxtəlif travmalar, o cümlədən sınıq, açıq yaralar və küt travma diaqnozları qoyulub.2000-ci il təvəllüdlü şəxsin vəziyyəti qənaətbəxş qiymətləndirildiyindən ambulator müalicə üçün evə buraxılıb. 2002-ci il təvəllüdlü şəxsin müalicəsi isə Travmatologiya şöbəsində davam etdirilir və vəziyyəti orta ağırdır.

Hadisə ilə bağlı araşdırma aparılır.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Papa Ukrayna münaqişəsi ilə bağlı danışıqlara ümid edir

Next Article

Lavrov: Almaniya yenidən müharibə istəyir

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Ermənistan vətəndaşlarının apellyasiya məhkəməsi davam etdi

Aysel Əlibəyli 10 İyul 2026 · 21:46 1054 baxış Bakı Apellyasiya Məhkəməsində müxtəlif ağır cinayətlərə görə məhkum edilmiş Ermənistan vətəndaşlarının apellyasiya şikayətləri üzrə növbəti məhkəmə iclası keçirilib. Elpress.az xəbər verir ki, İyulun 10-da Bakı Apellyasiya […]

Bakıda avtobus yük maşınına çırpılıb

Aysel Əlibəyli 29 İyul 2026 · 11:11 1052 baxış Buzovna qəsəbəsində marşrut avtobusu yük avtomobilinə çırpılıb, avtobusa ciddi ziyan dəyib. Elpress.az xəbər verir ki, Bakının Xəzər rayonu, Buzovna qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib. İlkin məlumata […]

Pirşağıda dənizdə 16 yaşlı gənc batıb

Aysel Əlibəyli 07 Avqust 2026 · 08:45 1036 baxış Pirşağıda dənizdə nəzarətsiz ərazidə batan 16 yaşlı Asiman Seyidəmirovun axtarışları aparılır Elpress.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Sabunçu rayonu, Pirşağı […]