“Azərbaycan Vətənpərvərlər” İctimai Birliyinin sədri Elvin Mahmudzadə və birliyin məsul əməkdaşı Səbuhi Məmmədov barəsində həbs qətimkan tədbiri seçildiyi bildirilir.
Elpress.az Qaynarinfo-ya istinadən xəbər verir ki, hər iki şəxs Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) və 182-ci (hədə-qorxu ilə tələb etmə) maddələri ilə ittiham olunur.
Məlumata görə, şəxslərin həbsinə dair qərar məhkəmə tərəfindən qəbul edilib. Bununla belə, onların həbsi ilə bağlı hələlik rəsmi qurumların açıqlaması yoxdur.
Qeyd edək ki, Elvin Mahmudzadə 2023-cü ildə də həbs edilmişdi. Həmin vaxt o, qazilər üçün ayrılmış vəsaitlərlə bağlı dələduzluqda ittiham olunmuşdu.


