--:--:-- | 09 Oktyabr 2026, Cümə
Son Xəbər
Yüklənir...

“Sabah” – “Hapoel” matçının hakimləri açıqlanıb

Aysel Əlibəyli 23 Avqust 2026 · 15:54 1056 baxış

Çempionlar Liqasının pley-off mərhələsinin Bakıdakı cavab görüşünü rumıniyalı hakimlər idarə edəcək

Elpress.az xəbər verir ki, UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Sabah” və İsrailin “Hapoel” (Beer-Şeva) komandaları arasında keçiriləcək cavab qarşılaşmasına hakim təyinatları müəyyənləşib.Avqustun 25-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq oyunu rumıniyalı hakimlər briqadası idarə edəcək. Qarşılaşmanın baş hakimi İştvan Kovaç olacaq. Ona yan xəttdə Mihay Marika və Ferens Tunyoqi kömək edəcək, Şabolç Kovaç isə dördüncü hakim funksiyasını yerinə yetirəcək.VAR sisteminə almaniyalı Bastian Dankert nəzarət edəcək. Onun köməkçisi isə rumıniyalı Ketelin Popa olacaq.“Sabah” – “Hapoel” (Beer-Şeva) görüşü saat 20:45-də başlayacaq. Komandaların ilk qarşılaşmasında İsrail təmsilçisi 2:1 hesabı ilə qalib gəlib.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

İran və Misir XİN rəhbərləri regiondakı gərginliyi müzakirə edib

Next Article

İranla əlaqəli hakerlər Britaniyada elektrik stansiyasına hücum edib

Bəlkə də, sizin üçün maraqlı olar ...;

“Neftçi” Cordan Rezabala ilə yollarını ayırıb

Aysel Əlibəyli 19 İyun 2026 · 20:46 1230 baxış “Neftçi” futbol klubu ekvadorlu yarımmüdafiəçi Cordan Rezabala ilə vidalaşıb. Elpress.az xəbər verir ki, Bakı təmsilçisindən bildirilib ki, futbolçu ötən ilin yayında transfer olunub və bu müddətdə […]

Tələbə Liqasına möhtəşəm yekun

Aysel Əlibəyli 06 İyun 2026 · 14:30 1284 baxış Ali təhsil müəssisələrinin tələbələri arasında keçirilən futzal üzrə Azərbaycan Tələbə Liqasının 2025/2026 mövsümünə rəsmi şəkildə yekun vurulub və yarış gərgin mübarizə, maraqlı oyunlar və yüksək idman […]

Tramp Tuxeli tənqid etdi

Aysel Əlibəyli 18 İyul 2026 · 16:28 1104 baxış Tramp İngiltərə millisinin baş məşqçisinin taktikasını tənqid etdi Elpress.az xəbər verir ki,ABŞ Prezidenti Donald Tramp İngiltərə millisinin dünya çempionatının yarımfinalında Argentinaya məğlub olmasından sonra baş məşqçi […]