--:--:-- | 09 Oktyabr 2026, Cümə
Son Xəbər
Yüklənir...

Hamburqda azərbaycanlı gənclər bir araya gəlib

Aysel Əlibəyli 08 Oktyabr 2026 · 23:40 1010 baxış

Almaniyanın Hamburq şəhərində yaşayan azərbaycanlı gənclər və tələbələr bilik və məntiq bacarıqlarını sınamaqla yanaşı, yeni ünsiyyət imkanları qazanıblar. Şəhərdə soydaşlarımız arasında intellektual yarış təşkil olunub.

Elpress.az xəbər verir ki, Azərbaycan Tələbə və Elmi İşçilər Birliyinin (VASW e. V.) təşkil etdiyi yarışda 30-dan çox azərbaycanlı iştirak edib.

Komandalar şəklində keçirilən oyunda iştirakçılar müxtəlif sahələr üzrə sualları cavablandırıblar. Yarışın gedişində formalaşan fikir mübadiləsi və səmimi ünsiyyət mühiti gənclər arasında yeni tanışlıqların yaranmasına da imkan verib.

Təşəbbüsün gələcəkdə Hamburqla məhdudlaşmaması təklif olunub. Gənc iştirakçılar intellektual oyunların Almaniyanın digər şəhərlərində keçirilməsini, müxtəlif mərhələlərin qaliblərinin isə Berlində təşkil olunacaq finalda bir araya gəlməsini təklif ediblər.

2007-ci ildə yaradılan VASW e. V. Almaniyada yaşayan azərbaycanlı tələbə və gənc mütəxəssislərin müxtəlif istiqamətlərdə fəaliyyətini dəstəkləyir. Birlik eyni zamanda Azərbaycanın tarixi və mədəni irsinin Almaniyada tanıdılmasına yönəlmiş təşəbbüslərdə iştirak edir.

Birliyin İdarə Heyətinin sədri Mədinə Səmədovadır.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

“Azərbaycan Vətənpərvərlər” İB-nin rəhbəri həbs olunub

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Belarusda yaşayan azərbaycanlıya dövlət medalı təqdim olunub

Aysel Əlibəyli 17 Avqust 2026 · 10:32 1086 baxış Elpress.az xəbər verir ki, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Maksim Tank adına Belarus Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin […]

Kanadada Anım Günü: şəhidlərimizin xatirəsi ehtiramla yad edilib

Aysel Əlibəyli 01 Oktyabr 2026 · 21:58 1060 baxış Kanadanın müxtəlif şəhərlərində yaşayan azərbaycanlılar 27 Sentyabr – Anım Günü münasibətilə Vətən uğrunda həyatını itirən şəhidlərimizin xatirəsini yad ediblər. Elpress.az xəbər verir ki, Toronto şəhərindəki Azərbaycan […]

Xaricdəki azərbaycanlı alimlər Bakıda bir araya gələcək

Aysel Əlibəyli 02 Oktyabr 2026 · 20:18 1054 baxış Xaricdə yaşayan azərbaycanlı alimlərin iştirakı ilə II Forum dekabrın 9-10-da Bakıda keçiriləcək. Tədbirin əsas hədəfi müxtəlif ölkələrdə çalışan alimlər arasında əlaqələri gücləndirmək və Azərbaycan elmi ilə […]

Düşənbədə Azərbaycanın Müstəqillik Günü qeyd edilib

Aysel Əlibəyli 05 İyun 2026 · 10:50 1233 baxış Tacikistanın paytaxtı Düşənbə şəhərində 28 May – Müstəqillik Günü münasibətilə Azərbaycanın səfirliyinin təşkilatçılığı ilə rəsmi qəbul baş tutub. Elpress.az AZƏRTAC-a istinadən xəbər verir ki, tədbirdə Tacikistanın […]