--:--:-- | 09 Oktyabr 2026, Cümə
Son Xəbər
Yüklənir...

Manuel Noyer Almaniya futbolunun rekordçusu olub

Aysel Əlibəyli 23 Avqust 2026 · 15:45 1054 baxış

“Bavariya”nın 40 yaşlı qapıçısı 36-cı titulunu qazanaraq Tomas Mülleri geridə qoyub

Elpress.az xəbər verir ki, “Bavariya”nın qapıçısı Manuel Noyer qazandığı titulların sayına görə Almaniya futbolunun yeni rekorduna imza atıb.40 yaşlı qolkiper bu uğuru Almaniya Superkubokunda “Bavariya”nın 2:1 hesablı qələbə qazandığı matçda əldə edib. Qarşılaşmaya start heyətində başlayan Noyer karyerasında 36-cı titulunu qazanaraq keçmiş komanda yoldaşı Tomas Mülleri geridə qoyub.Noyer 2011-ci ilin iyulundan Münhen klubunun formasını geyinir. O, “Bavariya” ilə 13 dəfə Almaniya çempionu olub, iki dəfə UEFA Çempionlar Liqasını və iki dəfə UEFA Superkubokunu qazanıb.Qapıçının uğurları klub futbolu ilə də məhdudlaşmır. Noyer 2014-cü ildə Almaniya millisinin heyətində dünya çempionluğuna da sahib çıxıb. O, 2024-cü ildə milli komandadakı karyerasını başa vurduğunu açıqlasa da, 2026-cı il dünya çempionatında iştirak etmək üçün yığmaya qayıdıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Azərbaycanda xarici onlayn xidmətlərə yeni vergi tələbi qüvvəyə minib

Next Article

İran və Misir XİN rəhbərləri regiondakı gərginliyi müzakirə edib

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Messi tarix yazmağa bir addım qaldı

Aysel Əlibəyli 20 İyul 2026 · 00:04 1098 baxış Argentina bu gün Dünya Çempionatında növbəti tarixi uğur üçün meydana çıxır Elpress.az xəbər verir ki, 2026 FIFA Dünya Çempionatının finalında Argentina və İspaniya üz-üzə gəlir. Qarşılaşma […]

“ChatGPT” Messi azarkeşidir?

Aysel Əlibəyli 23 İyun 2026 · 14:09 1120 baxış “ChatGPT”nin rəsmi “Instagram” hesabında yayılan bir paylaşım futbol azarkeşləri arasında müzakirəyə səbəb olub. Elpress.az-ın Qafqazinfo.az-a istinadən verdiyi məlumata əsasən, Paylaşımda Argentina millisinin formasını geyinmiş, baş hissəsi […]

“Barselona” Kristensenlə müqaviləni uzatdı

Aysel Əlibəyli 01 İyul 2026 · 12:53 1110 baxış Kataloniya klubundan müdafiəyə güvən: Andreas Kristensen daha iki il “Barselona”da qalacaq İspaniyanın “Barselona” klubu müdafiə xəttinin əsas oyunçularından biri olan Andreas Kristensenlə yeni müqavilə imzalayıb.Klubun rəsmi […]