--:--:-- | 16 Oktyabr 2026, Cümə
Son Xəbər
Yüklənir...

AzTU ilə Çin universiteti arasında əməkdaşlığa dair niyyət protokolu imzalanıb

Aysel Əlibəyli 25 May 2026 · 12:08 1144 baxış

Çin Xalq Respublikasının nüfuzlu Tonqci Universitetinin vitse-prezidenti professor Li Xiangningin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycan Texniki Universitetində (AzTU) səfərdə olub.

Elpress.az-ın Qafqazinfo.az-a istinadən verdiyi məlumata əsasən, nümayəndə heyətini qarşılayan AzTU-nun beynəlxalq əlaqələr üzrə prorektoru Fariz Məmmədov universitetin fəaliyyəti barədə təqdimatla çıxış edib və həyata keçirilən mühəndislik layihələri haqqında geniş məlumat verib.Tonqci Universitetinin vitse-prezidenti professor Li Xiangning rəhbərlik etdiyi ali təhsil müəssisəsinin fəaliyyəti barədə danışaraq, iki universitet arasında tədris və tədqiqat sahələrində əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıb.Görüşdə tədris və tədqiqat üzrə birgə layihələrin istiqamətləri müəyyən edilib.Sonda AzTU ilə Tonqci Universiteti arasında “Əməkdaşlığa dair Niyyət Protokolu” imzalanıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

“Əl-Cəzirə: ABŞ İranla əldə olunan razılaşmalardan geri addım atır.”

Next Article

Ədliyyə Nazirliyində sahibkarlarla biznesin inkişafı müzakirə olunub.

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Məsud Pezeşkian sabah ABŞ-a gedəcək

Aysel Əlibəyli 21 Sentyabr 2026 · 15:12 1102 baxış İran Prezidenti BMT Baş Assambleyasının 81-ci sessiyasında çıxış edəcək Elpress.az xəbər verir ki, İran Prezidenti Məsud Pezeşkian BMT Baş Assambleyasının 81-ci sessiyasında iştirak etmək üçün sabah […]

Leysan Gürcüstanda yolları bağladı

Aysel Əlibəyli 19 İyul 2026 · 17:17 1096 baxış Güclü leysan Gürcüstanda nəqliyyatın hərəkətini məhdudlaşdırdı Elpress.az xəbər verir ki, Gürcüstanda yağan güclü leysan yağışları nəticəsində İmereti bölgəsində ciddi problemlər yaranıb. Məlumata görə, Kutaisi–Tskaltubo–Tsageri–Lentexi avtomobil yolunun […]

İranın bəzi bölgələrində ardıcıl partlayış səsləri eşidildi

Aysel Əlibəyli 12 İyul 2026 · 20:47 1134 baxış İranın cənubunda yerləşən Bəndər-Abbas vilayəti və Qəşm adası ətrafında bir neçə partlayış səsinin eşidildiyi bildirilir. Elpress.az xəbər verir ki, İranın Bəndər-Abbas vilayətinin şərq hissəsində, eləcə də […]