--:--:-- | 13 Sentyabr 2026, Bazar
Son Xəbər
Yüklənir...

İsrail İrana qarşı ağır zərbə və müharibəyə hazırlıq planı qurur

Aysel Əlibəyli 09 İyun 2026 · 19:04 1154 baxış

Tehran bu qərarı siyasi motivli hesab edərək Vaşinqtonu İran milli futbol komandasına qarşı ayrı-seçkilikdə ittiham edib və bunun idman prinsiplərinə zidd olduğunu bildirib. İranın ABŞ-dakı səfirliyi məsələ ilə bağlı Beynəlxalq Futbol Assosiasiyaları Federasiyasına (FİFA) müraciət edərək vəziyyətə müdaxilə olunmasını və hüquqların qorunmasını xahiş edib. Qeyd edilir ki, 2026-cı il FIFA Dünya Kuboku 11 iyun – 19 iyul tarixlərində ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi ilə keçiriləcək.

İsrail Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi Eyal Zamir bildirib ki, İranın regionda yeni “tənliklər” yaratmaq və mövcud reallığı dəyişmək cəhdləri uğursuz olacaq və İsrail ordusu “Hizbullah”a qarşı əməliyyatlarını davam etdirəcək. Onun sözlərinə görə, İsrail ordusu İranla mümkün döyüşə qayıtmaq üçün hər zaman yüksək çevik hazırlığa malikdir və bu hazırlıq hazırda da qorunur. Zamir vurğulayıb ki, İsrail İrana qarşı daha güclü, daha dərin və daha geniş miqyaslı zərbələrə hazır vəziyyətdədir və əvvəlki hücumlar da məhz bu cür əməliyyatlara hazırlıq mərhələsi olub.Qeyd edilib ki, bundan əvvəl İsrailin İrana qarşı daha genişmiqyaslı hücum planlaşdırdığı, lakin ABŞ Prezidenti Donald Tramp ilə İsrailin Baş naziri Benyamin Netanyahu arasında baş tutan telefon danışığından sonra bu planın dayandırıldığı barədə məlumatlar yayılıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

İran millisinin planına qadağa gəldi

Next Article

Aİ-dən Əlcəzair aviaşirkətinə uçuş qadağası

Bəlkə də, sizin üçün maraqlı olar ...;

MKİ direktoru Tramp-Putin-Zelenski görüşünü təklif edib

Aysel Əlibəyli 30 Avqust 2026 · 11:58 1026 baxış Con Retkliffin Moskva səfərində Ukrayna müharibəsinin dayandırılması üçün üçtərəfli sammit ideyasını gündəmə gətirdiyi bildirilir Elpress.az xəbər verir ki, Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Con Retkliffin Rusiyaya […]

Ermənistanda seçki qalmaqalı: 29 siqnal, 6 nəfər saxlanıldı

Aysel Əlibəyli 07 İyun 2026 · 15:25 1132 baxış Ermənistan Daxili İşlər Nazirliyi açıqlama verərək bildirib ki, yerli özünüidarəetmə orqanlarına keçirilən seçkilər zamanı baş verən mümkün pozuntularla bağlı indiyədək ümumilikdə 29 müxtəlif siqnal daxil olub […]

Serj Sarkisyan Korrupsiyaya Qarşı Mübarizə Komitəsinə çağırılıb

Aysel Əlibəyli 25 Avqust 2026 · 15:13 1030 baxış Ermənistanın üçüncü prezidenti Serj Sarkisyan Korrupsiyaya Qarşı Mübarizə Komitəsinə çağırılıb. Elpress.az xəbər verir ki, Ermənistan mediasının yaydığı məlumata görə, Sarkisyan komitənin binasına daxil olarkən jurnalistlərə hansı […]