--:--:-- | 26 Oktyabr 2026, Bazar ertəsi
Son Xəbər
Yüklənir...

Harri və Meqan Kral Çarlzın məktubuna təəccüblənib

Aysel Əlibəyli 08 Sentyabr 2026 · 16:43 1064 baxış

Sasseks cütlüyünə kral ailəsinin işləyən üzvləri olmadıqlarını təsdiqləyən məktub göndərilib

Elpress.az xəbər verir ki, Şahzadə Harri və həyat yoldaşı Meqan Markl Kral III Çarlzın adından göndərilən məktubla bağlı təəccübləndiklərini bildiriblər.Məktubda cütlüyün Britaniya kral ailəsinin işləyən üzvləri statusunda olmadığı bir daha təsdiqlənib. Harri və Meqanın sözçüsünün açıqlamasına görə, yaxın vaxtlarda Böyük Britaniyaya qayıdan cütlük məktubun ictimaiyyətə açıqlanmasından əvvəl bu barədə məlumatlandırılmadıqlarını düşünüb.Kral ailəsinə yaxın mənbələr isə fərqli mövqe ortaya qoyaraq, məktubun ictimaiyyətə açıqlanmasından öncə, bazar ertəsi günortadan sonra Harri və Meqana onun məzmunu barədə məlumat verildiyini bildiriblər.Bununla yanaşı, Kral və VIP-lər üzrə İcra Komitəsinin (RAVEC) bu həftə iclas keçirəcəyi gözlənilir. Komitənin hazırda Böyük Britaniyada yaşayan Sasseks hersoqu və hersoginyasının dövlət hesabına təmin olunan təhlükəsizlik səviyyəsinə yenidən baxacağı bildirilir.RAVEC kral ailəsinin üzvləri və digər yüksək səviyyəli şəxslər üçün təhlükəsizlik tədbirlərinin müəyyənləşdirilməsinə cavabdeh qurumdur. Şahzadə Harri daha əvvəl Böyük Britaniyada ona kifayət qədər polis mühafizəsinin ayrılmadığından narazılıq edib.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Bakıda beynəlxalq etik haker konfransı keçiriləcək

Next Article

Bakıda avtoxuliqanlıq edən sürücü həbs edilib

Bəlkə də, sizin üçün maraqlı olar ...;

İranda 4,5 bal gücündə zəlzələ baş verib

Aysel Əlibəyli 14 Avqust 2026 · 11:47 1068 baxış İranda baş verən zəlzələ üç vilayətdə hiss olunub Elpress.az xəbər verir ki, İranın Xuzistan vilayətində 4,5 bal gücündə zəlzələ qeydə alınıb.Zəlzələ səhər saatlarında Hüseyniyyə şəhəri yaxınlığında […]

Britaniyada ilin ən isti günü qeydə alınıb

Aysel Əlibəyli 13 Avqust 2026 · 21:18 1072 baxış Londonda temperatur 38,1 dərəcəyə yüksəlib, ölkədə yüksək temperaturla bağlı xəbərdarlıqlar verilib Elpress.az xəbər verir ki, Böyük Britaniyada davam edən isti hava dalğası fonunda ilin ən yüksək […]

NATO-nun diqqəti Türkiyədə

Aysel Əlibəyli 01 İyul 2026 · 12:15 1102 baxış Ankara sammitində müdafiə sənayesi və hərbi xərclər əsas mövzu olacaq Elpress.az-ın məlumatına əsasən, NATO-nun Baş katibi Mark Rutte Türkiyənin alyans daxilində strateji rolunu və müdafiə sənayesində […]

Hakan Fidan: Məkkə Müdafiə İttifaqı NATO-ya alternativ deyil

Aysel Əlibəyli 31 Avqust 2026 · 17:32 1076 baxış Türkiyə XİN rəhbəri yeni müdafiə təşəbbüsünün NATO öhdəliklərinə təsir etmədiyini bildirib Elpress.az xəbər verir ki, Məkkə Sazişini imzalayan ölkələr yeni müdafiə təşəbbüsünün adını Məkkə Müdafiə İttifaqı […]