--:--:-- | 18 Avqust 2026, Çərşənbə axşamı
Son Xəbər
Yüklənir...

NATO-nun diqqəti Türkiyədə

Aysel Əlibəyli 01 İyul 2026 · 12:15 1054 baxış

Ankara sammitində müdafiə sənayesi və hərbi xərclər əsas mövzu olacaq

Elpress.az-ın məlumatına əsasən, NATO-nun Baş katibi Mark Rutte Türkiyənin alyans daxilində strateji rolunu və müdafiə sənayesində artan imkanlarını yüksək qiymətləndirib.Rutte bildirib ki, NATO müttəfiqləri müdafiə xərcləri ilə bağlı götürdükləri öhdəlikləri yerinə yetirməli və hərbi sənaye istehsalını artırmalıdırlar. Onun sözlərinə görə, Türkiyə təxminən 3 min müdafiə şirkətinin fəaliyyət göstərdiyi mühüm müdafiə sənayesi mərkəzinə çevrilib.NATO Baş katibi qeyd edib ki, Ankarada keçiriləcək sammit əvvəlki görüşlərdən fərqli olaraq daha çox təminatların həyata keçirilməsi, hərbi imkanların gücləndirilməsi və müdafiə istehsalının artırılması məsələlərinə həsr olunacaq.Rutte vurğulayıb ki, Avropa ölkələri və Kanada son illərdə müdafiə xərclərini əhəmiyyətli dərəcədə artırıb. Onun sözlərinə görə, son iki il ərzində bu istiqamətdə təxminən 250 milyard dollar əlavə vəsait ayrılıb.Alyans rəhbəri Ukraynaya dəstəyin davam etdirilməsinin və müdafiə sənayesi istehsalının genişləndirilməsinin vacibliyini diqqətə çatdırıb. O bildirib ki, uzun istehsal müddətləri və aşağı məhsuldarlıq müdafiə sahəsində əsas çağırışlardan biri olaraq qalır.Türkiyənin müdafiə sənayesindəki inkişafına toxunan Rutte ölkənin artan texnoloji imkanlarının və geniş sənaye bazasının NATO üçün mühüm əhəmiyyət daşıdığını qeyd edib.İyulun 7-8-də Ankarada keçiriləcək NATO sammitində alyansa üzv ölkələrin dövlət və hökumət başçıları iştirak edəcək. Bu, 2004-cü ildə İstanbul sammitindən sonra Türkiyənin ev sahibliyi etdiyi ikinci böyük NATO zirvəsi olacaq.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

bölgələrdə 20%-dək endirim

Next Article

Zalujnı prezidentliyə namizəd olmaq istəyir

Bəlkə də, sizin üçün maraqlı olar ...;

İran ABŞ-a sərt mesaj verdi

Aysel Əlibəyli 27 İyul 2026 · 12:02 1036 baxış İran: ABŞ müharibə və sülhün vaxtını müəyyən edə bilməz Elpress.az xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai bildirib ki, ölkə ABŞ-ın müharibə və […]

“Patriot” istehsalçıları Ukrayna lisenziyasından narahatdır

Aysel Əlibəyli 10 Avqust 2026 · 00:07 1018 baxış KİV: “Lockheed Martin” və “Raytheon” “Patriot” istehsalının Ukraynaya verilməsinə qarşıdır Elpress.az xəbər verir ki, ABŞ-ın “Patriot” hava hücumundan müdafiə sistemlərini istehsal edən “Lockheed Martin” və “Raytheon” […]