--:--:-- | 29 Sentyabr 2026, Çərşənbə axşamı
Son Xəbər
Yüklənir...

Ay nümunələrində iki yeni mineral aşkarlandı

Elşən 24 Aprel 2026 · 13:22 1121 baxış

Ay səthindən gətirilmiş materiallar üzərində aparılan tədqiqatlar nəticəsində iki yeni mineralın mövcudluğu müəyyən edilib.

Xarici mediaya istinadən verilən məlumata görə, Çin alimləri bu kəşfi Sıçuan əyalətinin Çendu şəhərində keçirilən 11-ci Çin Kosmos Gününün açılış mərasimində açıqlayıblar.

Elpress.az -ın 1news-a istinadən xəbər verir ki,  “Çanqe-5” missiyası zamanı toplanmış qaya və torpaq nümunələrində fosfat mənşəli iki fərqli mineral aşkar olunub və onlara “magnezioçanqizit-(Y)” və “çanqizit-(Ce)” adları verilib.

Bu minerallar nadir torpaq fosfatları qrupuna daxildir və Beynəlxalq Mineralogiya Assosiasiyası tərəfindən rəsmi şəkildə tanınıb.

Qeyd edilib ki, bu tapıntılar Çinin Ay nümunələrində müəyyən etdiyi ikinci və üçüncü yeni minerallardır. Bundan əvvəl, 2022-ci ilin sentyabrında “çanqizit-(Y)” mineralı kəşf edilmişdi.

Son nəticələrə görə, Ayda aşkarlanan mineral növlərinin ümumi sayı səkkizə yüksəlib. Bu sahədə əvvəlki əsas tədqiqatlar ABŞ və Rusiya tərəfindən həyata keçirilmişdi.

Xatırladaq ki, Çin Ay səthindən nümunələr toplamaq üçün “Çanqe-5” aparatını 2020-ci ilin noyabr ayında buraxmış və aparat həmin ilin dekabrında 1,73 kiloqramlıq nümunə ilə Yerə geri dönmüşdü.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Eldar Mansurov Efir Mədəniyyəti və Bayağı Musiqi Haqqında Danışdı

Next Article

Corciyada meşə yanğınları: minlərlə hektar sahə külə döndü

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Tramp üçtərəfli müdafiə sazişini alqışladı

Aysel Əlibəyli 17 Avqust 2026 · 11:06 1050 baxış ABŞ prezidenti Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasında imzalanan razılaşmanı mühüm addım adlandırıb Elpress.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan […]