--:--:-- | 30 Oktyabr 2026, Cümə
Son Xəbər
Yüklənir...

Eldar Mansurov Efir Mədəniyyəti və Bayağı Musiqi Haqqında Danışdı

Elşən 24 Aprel 2026 · 10:09 1165 baxış

“Efir mədəniyyəti tamam fərqli anlayışdır, amma bizdə bu sahədə ciddi boşluqlar var. Gələcəkdə necə olacağını demək çətindir. Əvvəllər də “ara oxuyan”lar olub, lakin o dövrün xanəndələri və estrada ifaçıları əsasən özfəaliyyət səviyyəsindən yetişərək formalaşırdı. Bu gün isə səsi olub-olmamasından asılı olmayaraq hər kəs klip çəkdirir, bəstəkarlar da yaxşı qonorar müqabilində hit mahnılar hazırlayır və nəticədə bu məhsullar tez bir zamanda populyarlaşır”.

Elpress.az Yeniçağ.az-a istinadən xəbər verir ki, bu fikirləri Xalq artisti Eldar Mansurov rejissor Nail Naiboğlunun “YouTube” layihəsində səsləndirib. O, efirdə yayımlanan bayağı hesab edilən mahnılardan söz açıb.

Bəstəkar son vaxtlar yeni əsərlər yazmamasının səbəbini də izah edib: “Soruşurlar ki, niyə mahnı bəstələmirəm? Açığı, əvvəlki ifaçılarım artıq yoxdur — bəziləri vəfat edib, bəziləri yaşlanıb. Qalanlar isə tamam başqa üslubda ifa edir. Bu gün 80 yaşlı sənətçinin 18 yaşlı gənclərə xas ritmdə mahnılar oxuması düzgün görünmür”.

O, həmçinin bayağı sayılan ifaçıların efirdən uzaqlaşdırılmasına qarşı olduğunu vurğulayıb: “Mən onlara da mahnı verə bilərəm. Onları efirdən silmək doğru deyil. Əksinə, repertuarlarını dəyişmək lazımdır. Məsələn, Cavanşir Quliyev, Faiq Sücəddinov və Vaqif Gərayzadə kimi bəstəkarların əsərlərini ifa etsinlər, yetər ki, düzgün təqdim etsinlər. Onları televiziyadan uzaqlaşdırmaq olmaz. Bu gün tənqid olunan bəzi ifaçılar sabahın tanınmış sənətkarları ola bilər”.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

“Azeri Light” Nefti Ucuzlaşdı

Next Article

Ay nümunələrində iki yeni mineral aşkarlandı

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Sami Yusif Qarabağa həsr etdiyi yeni əsərini təqdim edib

Aysel Əlibəyli 09 Oktyabr 2026 · 21:31 1104 baxış Dünya şöhrətli müğənni və bəstəkar Sami Yusif beş illik fasilədən sonra Qarabağa həsr olunan “Qarabağımsan” (“Bülbül diyarı”) layihəsini dinləyicilərə təqdim edib. Elpress.az xəbər verir ki, sənətçi […]

Ədəbiyyatın rəqəmsal təbliği təklif olunur

Aysel Əlibəyli 01 Avqust 2026 · 14:28 1088 baxış Alim: Audiovizual layihələr gənclərin mütaliəyə marağını artıra bilər Elpress.az xəbər verir ki, Rəqəmsal texnologiyaların sürətlə inkişaf etdiyi bir dövrdə Azərbaycan ədəbiyyatının gənclərə çatdırılması üçün yeni üsullardan […]

Kişineuda Azərbaycan tamaşasına böyük maraq

Aysel Əlibəyli 29 May 2026 · 18:24 1266 baxış Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrının hazırladığı “Biganə məşuq” tamaşası Moldovanın paytaxtı Kişineuda keçirilən XIV BITEI Beynəlxalq Teatr Festivalının proqramında nümayiş etdirilib. Tamaşa Aydan Həsənzadə tərəfindən […]