--:--:-- | 05 Noyabr 2026, Cümə axşamı
Son Xəbər
Yüklənir...

İlon Maskın sərvətini saymaq üçün 31 min ildən çox vaxt lazımdır

Aysel Əlibəyli 13 İyun 2026 · 23:55 1162 baxış

Dünyanın ən varlı şəxslərindən biri olan Elon Muskın sərvətinin miqyası ilə bağlı diqqətçəkən hesablamalar aparılıb.

Elpress.az xəbər verir ki, “New York” jurnalında dərc olunan məqalədə bildirilir ki, sahibkarın sərvəti 1 trilyon dollara çatsa, həmin məbləği saniyədə bir dollar olmaqla fasiləsiz saymaq üçün təxminən 31 min 700 il lazım gələr.Məqalədə qeyd olunur ki, bu qədər vəsaitlə 450-dən çox Olimpiya standartlı üzgüçülük hovuzunu doldurmaq mümkündür. Eyni zamanda, bir trilyon dollar ABŞ-dəki milyonlarla ailə arasında bölüşdürülsə, hər ailəyə minlərlə dollar vəsait düşər.Mütəxəssislərin fikrincə, insanların əksəriyyəti bir trilyon dolların real miqyasını təsəvvür etməkdə çətinlik çəkir. Bildirilir ki, belə sərvət sahibinə aktivlərini satmadan da iri həcmdə investisiya və maliyyə imkanları əldə etməyə şərait yaradır.Qeyd olunub ki, İlon Maskın sərvətinin əsas hissəsi nağd pul deyil, onun Tesla və SpaceX kimi şirkətlərdəki paylarının bazar dəyəri hesabına formalaşır. Bu səbəbdən sərvətin böyük hissəsini qısa müddətdə nağd pula çevirmək mümkün deyil.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Şamaxıda Barbekü Festivalına start verildi

Next Article

Tramp: ABŞ və İran arasında saziş sabah imzalana bilər

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Türkiyə Yaponiya ilə müdafiə əməkdaşlığını genişləndirmək istəyir.

Aysel Əlibəyli 30 May 2026 · 17:04 1226 baxış Türkiyə və Yaponiya arasında müdafiə sənayesi sahəsində əməkdaşlığın dərinləşdirilməsi planlaşdırılır. Elpress.az-ın Apa.az-a istinadən verdiyi məlumata əsasən, Türkiyənin xarici işlər naziri Hakan Fidan Yaponiyanın “Nikkei Asia” nəşrinə […]

Almaniyada müəllim 17 il işə getmədən maaş alıb

Aysel Əlibəyli 01 Avqust 2026 · 13:50 1100 baxış Almaniyada müəllim 17 il ərzində işə getmədən dövlətdən 1 milyon avrodan çox maaş alıb Elpress.az xəbər verir ki, Almaniyada bir müəllimin uzun müddət işə çıxmadan dövlətdən […]

İranın bəzi bölgələrində ardıcıl partlayış səsləri eşidildi

Aysel Əlibəyli 12 İyul 2026 · 20:47 1198 baxış İranın cənubunda yerləşən Bəndər-Abbas vilayəti və Qəşm adası ətrafında bir neçə partlayış səsinin eşidildiyi bildirilir. Elpress.az xəbər verir ki, İranın Bəndər-Abbas vilayətinin şərq hissəsində, eləcə də […]