--:--:-- | 29 Sentyabr 2026, Çərşənbə axşamı
Son Xəbər
Yüklənir...

Corciyada meşə yanğınları: minlərlə hektar sahə külə döndü

Elşən 24 Aprel 2026 · 13:26 1118 baxış

ABŞ-ın Corciya ştatında baş verən iri meşə yanğınları ciddi dağıntılara səbəb olub.

Xarici mənbələrin məlumatına görə, sürətlə yayılan alov nəticəsində 54 ev tamamilə yararsız hala düşüb, ümumilikdə isə 2700 hektardan çox ərazi yanıb.

Hazırda yanğınların söndürülməsi üçün intensiv tədbirlər həyata keçirilir.

Ştatın müxtəlif bölgələrində eyni vaxtda baş verən yanğınlar xüsusilə cənub-şərq hissədə təhlükəli vəziyyət yaradıb.

Brantley County ərazisində, 82 nömrəli avtomobil yolunun yaxınlığında başlayan yanğın qısa müddətdə geniş sahəyə yayılaraq təxminən 500 hektar əraziyə ziyan vurub.

Bu hadisə nəticəsində 54 ev yararsız vəziyyətə düşüb, əlavə olaraq minə yaxın yaşayış evi üçün təhlükə qalmaqdadır.

Digər böyük yanğın isə Clinch County-də, Pineland Road istiqamətində qeydə alınıb və burada təxminən 1650 hektar sahə məhv olub.

Alovun qarşısını almaq üçün 100-dən çox yanğınsöndürən cəlb edilib və əməliyyatlar davam edir.

Bundan əlavə, Echols County və ətraf ərazilərdəki yanğınlara görə bəzi sakinlər təhlükəsizlik məqsədilə təxliyə olunublar.

Yaranmış vəziyyəti nəzərə alaraq, ştatın qubernatoru Brian Kemp 91 rayonda fövqəladə vəziyyət elan edib.

Hazırda yanğınların nəzarət altına alınması istiqamətində işlər fasiləsiz davam etdirilir.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Ay nümunələrində iki yeni mineral aşkarlandı

Next Article

Tramp: 159 milyardlıq tariflər geri qaytarıla bilər

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Zelenski: Ukrayna Ordusu Liman istiqamətində uğurlu əməliyyat keçirib

Aysel Əlibəyli 27 Sentyabr 2026 · 18:30 1030 baxış Ukrayna lideri “Vivaldi” əməliyyatının nəticələri barədə məlumat aldığını bildirib Elpress.az xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski Ukrayna Silahlı Qüvvələrinin Donetsk vilayətinin Liman istiqamətində əməliyyat keçirdiyini […]

Tramp sevdiyi mahnının müəllifini yad etdi

Aysel Əlibəyli 02 İyul 2026 · 17:30 1094 baxış ABŞ Prezidenti Donald Tramp vəfat edən məşhur musiqiçi və “Y.M.C.A.” hitinin müəllifi Viktor Uillisin xatirəsinə həsr olunmuş paylaşım edib. Elpress.az xəbər verir ki, ABŞ Prezidenti Donald […]

ABŞ Yaxın Şərq üçün yeni strategiya hazırlayır

Aysel Əlibəyli 05 Sentyabr 2026 · 11:57 1040 baxış Tramp administrasiyasının region siyasətini üç əsas istiqamət üzrə qurmağı planlaşdırdığı bildirilir Elpress.az xəbər verir ki, ABŞ administrasiyasının İranla müharibədən sonrakı dövr üçün Yaxın Şərq siyasətini müəyyənləşdirəcək […]