--:--:-- | 04 Noyabr 2026, Çərşənbə
Son Xəbər
Yüklənir...

Zakir Həsənov komanda-qərargah təliminin gedişini izləyib

Aysel Əlibəyli 03 Noyabr 2026 · 12:37 1034 baxış

Azərbaycan Ordusunda 2026-cı ilin hazırlıq planına uyğun olaraq kompüter dəstəkli komanda-qərargah təlimi keçirilir.

Elpress.az xəbər verir ki, Müdafiə Nazirliyinin baş idarə və idarələri, qoşun və qüvvə növləri, eləcə də Əlahiddə Ümumqoşun Ordusunun qərargahlarının cəlb olunduğu təlimdə hərbi qərar qəbuletmə prosesinə uyğun fəaliyyətlər icra olunur.

Noyabrın 3-də müdafiə naziri, general-polkovnik Zakir Həsənov videobağlantı vasitəsilə qərargahların məruzələrini dinləyib.

Nazir Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Azərbaycan Ordusunun fəaliyyətindən razılığını diqqətə çatdırıb və qarşıya qoyulan tapşırıqları çatdırıb.

Təlimin əsas məqsədi komandir heyətinin qərar qəbuletmə bacarıqlarını inkişaf etdirmək, həmçinin hərbi bölmələrin imkan və qabiliyyətlərini simulyatorlar vasitəsilə məşq etdirməkdir. Təlim zamanı müasir hərbi təhdidlər və döyüş təcrübəsi də nəzərə alınır.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Səbinə Əliyeva yenidən Ombudsman seçildi

Next Article

Ali təhsilli zabitlərin rütbə müddəti azaldılır

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Elm “toyuq, yoxsa yumurta?” sualına cavab verib

Aysel Əlibəyli 26 Sentyabr 2026 · 14:39 1114 baxış Təkamül biologiyasına görə, yumurta toyuqdan əvvəl yaranıb Elpress.az xəbər verir ki, Əsrlərdir müzakirə olunan “əvvəl toyuq yaranıb, yoxsa yumurta?” sualının elmi izahı yumurtanın daha əvvəl mövcud […]

Bakının bir sıra magistrallarında avtomobil sıxlığı artıb

Aysel Əlibəyli 30 İyul 2026 · 08:30 1110 baxış Bakının bir sıra əsas magistral və prospektlərində nəqliyyatın hərəkətində sıxlıq müşahidə olunur. Elpress.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin yaydığı məlumata əsasən, […]

Gənc alimdən mühüm elmi nəticə

Aysel Əlibəyli 31 İyul 2026 · 12:06 1102 baxış Gənc alim qamma-şüalanmanın yaratdığı genetik zədələnmələri 3 dəfə azaldan nəticə əldə edib Elpress.az xəbər verir ki, Elm və Təhsil Nazirliyinin Canlı Sistemlərin Tədqiqi İnstitutunun elmi işçisi […]

39 yeni hakim Ali Məhkəmədə and içib

Aysel Əlibəyli 12 Oktyabr 2026 · 16:33 1110 baxış Azərbaycanda birinci instansiya məhkəmələrinə təyin olunan 39 hakimin andiçmə mərasimi keçirilib. Elpress.az xəbər verir ki, oktyabrın 12-də Ali Məhkəmə Plenumunun iclasında Prezident İlham Əliyevin 10 oktyabr […]