Təkamül biologiyasına görə, yumurta toyuqdan əvvəl yaranıb
Elpress.az xəbər verir ki, Əsrlərdir müzakirə olunan “əvvəl toyuq yaranıb, yoxsa yumurta?” sualının elmi izahı yumurtanın daha əvvəl mövcud olduğunu göstərir.Təkamül biologiyasına əsasən, yumurta qoyaraq çoxalan canlılar müasir toyuqlardan və hətta quşlardan yüz milyonlarla il əvvəl Yer üzündə yaşayıb. Paleontoloji məlumatlara görə, yumurtlayan canlıların tarixi təxminən 540 milyon il əvvələ gedib çıxır.Balıqlar, sürünənlər və sonrakı dövrlərdə dinozavrlar toyuqlar meydana gəlməzdən milyonlarla il əvvəl yumurta vasitəsilə çoxalıblar.Alimlərin fikrincə, ilk toyuq da tam olaraq müasir toyuq olmayan əcdadının qoyduğu yumurtadan inkişaf edib. Ev toyuğunun əsas əcdadlarından biri Cənub-Şərqi Asiyada yaşayan qırmızı meşə toyuğu hesab olunur. Uzunmüddətli təkamül və nəsillər ərzində baş verən genetik dəyişikliklər nəticəsində müasir ev toyuqları formalaşıb.Bu yanaşmaya görə, ilk toyuq hesab edilə biləcək canlı da özündən əvvəlki əcdadının qoyduğu yumurtanın daxilində inkişaf edib. Yəni toyuqdan əvvəl yumurta artıq mövcud olub.Beləliklə, təkamül biologiyasının izahına əsasən, bu sualın cavabı yumurtadır. Yumurtanın tarixi müasir toyuqdan deyil, quşların yaranmasından da yüz milyonlarla il əvvələ gedib çıxır.


