Azərbaycanda birinci instansiya məhkəmələrinə təyin olunan 39 hakimin andiçmə mərasimi keçirilib.
Elpress.az xəbər verir ki, oktyabrın 12-də Ali Məhkəmə Plenumunun iclasında Prezident İlham Əliyevin 10 oktyabr tarixli Sərəncamı ilə vəzifəyə təyin edilən hakimlər and içiblər.
Mərasimdə çıxış edən Ali Məhkəmənin sədri İnam Kərimov hakimlik fəaliyyətinin yüksək məsuliyyət tələb etdiyini vurğulayıb. O, yeni hakimlərə qərar qəbul edərkən qanunun aliliyini, müstəqilliyi, qərəzsizliyi və ədalət prinsiplərini əsas götürməyi tövsiyə edib.
Andiçmədən sonra yeni hakimlərə xüsusi geyim formaları təqdim olunub. Hakimlər Nuranə Məmmədova və Səbuhi Abbasov isə göstərilən etimadı doğruldacaqlarını və ədalət mühakiməsinin prinsiplərinə sadiq qalacaqlarını bildiriblər.


