--:--:-- | 09 Oktyabr 2026, Cümə
Son Xəbər
Yüklənir...

Uşaq bağçalarına elektron qəbul üçün qeydiyyat start götürür

Aysel Əlibəyli 02 İyul 2026 · 16:23 1186 baxış

Elpress.az xəbər verir ki, məktəbəqədər təhsil müəssisələrinə uşaqların elektron qəbulu üzrə 2026–2027-ci tədris ili üçün qeydiyyat prosesinə start verilir.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin məlumatına görə, iyulun 7-si saat 11:00-dan etibarən Regional Təhsil İdarələrinin və Naxçıvan Muxtar Respublikasının tabeliyində fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələri üçün elektron növbələrin yaradılmasına başlanılacaq.

Bakı şəhərində yerləşən bağçalar üzrə qəbul isə iyulun 9-da saat 11:00-dan aktiv olacaq.

Elektron növbələr 2021 və 2022-ci il təvəllüdlü uşaqlar üçün saat 11:00-da, 2023, 2024 və 2025-ci il təvəllüdlü uşaqlar üçün isə saat 15:00-da istifadəyə veriləcək.Bu ildən etibarən qəbul prosesi ilk dəfə “myGov” platforması üzərindən həyata keçiriləcək. Valideynlər və ya qanuni nümayəndələr şəxsi kabinetlərinə daxil olaraq Elm və Təhsil Nazirliyinin “Məktəbəqədər təhsil müəssisələrinə qəbul” elektron xidmətindən istifadə etməklə müraciətlərini göndərə biləcəklər.

Yeni qaydalara əsasən, hər bir uşaq üçün maksimum üç məktəbəqədər təhsil müəssisəsi seçmək mümkün olacaq. Növbə yaradıldıqdan sonra boş yer olduğu halda müraciət ən azı beş gündən sonra sorğuya çevriləcək. Sorğu təsdiqləndikdən sonra valideynlər yeddi gün ərzində tələb olunan sənədləri müvafiq bağçaya təqdim etməlidirlər. Müəyyən olunmuş müddətdə sənədlər təqdim edilmədiyi halda sorğu ləğv olunacaq və növbə üzrə digər uşağın qəbulu həyata keçiriləcək.

Qeyd edilib ki, ötən tədris ilində yaradılmış elektron növbə və sorğular arxivləşdirilib və 2026–2027-ci tədris ili üzrə qəbul zamanı etibarlı hesab olunmayacaq.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

ABŞ və İran arasında yeni dolayı danışıqların tarixi açıqlanıb

Next Article

Dəməşqdə partlayış

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Bakıda tarixi abidələrdə qanunsuz tikintinin qarşısı alınıb

Aysel Əlibəyli 28 Avqust 2026 · 13:46 1060 baxış Bakının bir neçə rayonunda dövlət mühafizəsində olan memarlıq abidələrində icazəsiz tikinti və yenidənqurma işləri ilə bağlı tədbir görülüb. Elpress.az xəbər verir ki, Baş Prokurorluğun Cinayət təqibindən […]

Bu 3 amil demensiyanı gecikdirə bilər

Aysel Əlibəyli 10 Avqust 2026 · 00:23 1050 baxış Siqaretdən uzaq durmaq, təzyiq və qan şəkərinə nəzarət demensiya riskini azalda bilər Elpress.az xəbər verir ki, Orta yaşlarda bəzi sağlamlıq göstəricilərinə nəzarət etmək demensiyanın başlanmasını əhəmiyyətli […]

Məktəblərdə yeni maliyyələşmə sistemi tətbiq ediləcək

Aysel Əlibəyli 28 Sentyabr 2026 · 00:21 1070 baxış Elpress.az xəbər verir ki, dövlət ümumi təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiqi nəzərdə tutulur. Prezident İlham Əliyevin imzaladığı fərmana əsasən, 2026–2027-ci tədris ilindən etibarən dövlət büdcəsindən […]