--:--:-- | 09 Oktyabr 2026, Cümə
Son Xəbər
Yüklənir...

ABŞ və İran arasında yeni dolayı danışıqların tarixi açıqlanıb

Aysel Əlibəyli 02 İyul 2026 · 16:11 1128 baxış

Elpress.az xəbər verir ki, ABŞ ilə İran arasında dolayı danışıqların növbəti mərhələsinin iyulun 18-də keçirilməsi nəzərdə tutulur.

Məlumata görə, danışıqların gündəmində tərəflər arasında qarşılıqlı öhdəliklərin icrası, xüsusilə də İrana məxsus dondurulmuş maliyyə vəsaitlərinin taleyi əsas müzakirə mövzularından biri olacaq. Bildirilir ki, bu vəsaitlərin istifadəsi ilə bağlı hər hansı qərar yalnız Tehranın üzərinə götürdüyü öhdəlikləri tam yerinə yetirməsi və bunun praktik addımlarla təsdiqlənməsindən sonra mümkün hesab edilir.

Qeyd olunur ki, bu öhdəliklər sırasında Hörmüz boğazında beynəlxalq gəmiçiliyin təhlükəsizliyinin təmin olunması da xüsusi yer tutur.

Bununla yanaşı, İran Silahlı Qüvvələrinin Birləşmiş Komandanlığı ABŞ-ın Hörmüz boğazının hava məkanında hərbi mövcudluğunu davam etdirməsini regionun təhlükəsizliyi üçün risk kimi qiymətləndirib.

Rəsmi bəyanatda vurğulanıb ki, ABŞ tərəfindən boğaz ətrafında atılacaq istənilən addıma operativ və qətiyyətli cavab veriləcək. Həmçinin qeyd edilib ki, Hörmüz boğazından keçən bütün gəmilər İranın müəyyən etdiyi dəniz marşrutlarına riayət etməlidirlər.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

108 illik fədakarlıq yolu: İnsanların təhlükəsizliyi naminə

Next Article

Uşaq bağçalarına elektron qəbul üçün qeydiyyat start götürür

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Ukraynanın Qara dəniz limanları blokadaya düşüb

Aysel Əlibəyli 01 Sentyabr 2026 · 16:31 1068 baxış Rusiya zərbələri Ukraynanı alternativ ixrac marşrutlarından istifadə etməyə məcbur edir Elpress.az xəbər verir ki, Rusiyanın Odessa vilayətindəki liman və ixrac infrastrukturlarına endirdiyi zərbələr nəticəsində Ukraynanın əsas […]

Nigeriada 17 polis əməkdaşı həyatını itirib.

Aysel Əlibəyli 17 May 2026 · 12:51 1139 baxış Nigerianın şimal-şərqində yerləşən təlim mərkəzinə edilən silahlı hücumda 17 polis öldürülüb. Elpress.az-ın azertac.az-a istinadən verdiyi məlumata əsasən, bu barədə Emirates News Agency Nigeriya Polisinin bəyanatına əsasən […]