--:--:-- | 06 Oktyabr 2026, Çərşənbə axşamı
Son Xəbər
Yüklənir...

Azərbaycan Sərhəd Mühafizəsinin yaradılmasının 107-ci ildönümüdür

Aysel Əlibəyli 18 Avqust 2026 · 14:13 1060 baxış

Elpress.az xəbər verir ki, 18 avqust Azərbaycan Respublikasının sərhəd mühafizə orqanları əməkdaşlarının peşə bayramı günü kimi qeyd olunur.

Azərbaycan Sərhəd Mühafizəsinin əsası 1919-cu il avqustun 18-də Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin “Sərhədlərin mühafizəsi haqqında” Qanunu qəbul etməsi ilə qoyulub. Ümummilli Lider Heydər Əliyevin 2000-ci ildə imzaladığı Sərəncama əsasən, hər il avqustun 18-i sərhədçilərin peşə bayramı kimi qeyd edilir.Müstəqilliyin bərpasından sonra milli sərhəd mühafizəsinin formalaşdırılması və inkişafı istiqamətində mühüm addımlar atılıb. 2002-ci ildə Dövlət Sərhəd Xidmətinin (DSX) yaradılması dövlət sərhədlərinin etibarlı mühafizəsinin təmin edilməsi baxımından mühüm mərhələ olub.Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı nəticəsində DSX-nin maddi-texniki bazası gücləndirilib, yeni hərbi hissə və zastavalar yaradılıb, sərhəd aviasiyası və dəniz sərhədlərinin mühafizəsi imkanları genişləndirilib.Azərbaycan sərhədçiləri Vətən müharibəsində də böyük qəhrəmanlıq göstəriblər. DSX-nin hərbi qulluqçuları Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlı rayonlarının, Hadrut qəsəbəsinin və Şuşa şəhərinin azad olunmasında iştirak ediblər. Döyüşlər zamanı 47 sərhədçi şəhid olub, 197 hərbi qulluqçu yaralanıb.Hazırda işğaldan azad edilmiş ərazilərdə dövlət sərhədinin mühafizəsi üçün müasir infrastruktur yaradılıb və yeni hərbi hissələr fəaliyyət göstərir.

Qeyd edək ki, Azərbaycan Sərhəd Mühafizəsi 107 illik tarixi ərzində milli dövlətçilik ənənələrinin qorunmasında və ölkənin dövlət sərhədinin etibarlı mühafizəsində mühüm rol oynayıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Qeysəriyyə əməliyyatından sonra komaya düşən qadınla bağlı YENİ MƏLUMAT

Next Article

Hərbi Prokurorluqdan sərhədçilərə bayram ziyarəti

Bəlkə də, sizin üçün maraqlı olar ...;