--:--:-- | 23 Oktyabr 2026, Cümə
Son Xəbər
Yüklənir...

Məktəblərdə smartfon istifadəsinə necə yanaşılmalıdır?

Aysel Əlibəyli 07 Sentyabr 2026 · 17:33 1054 baxış

Ekspert: Smartfon dərsin əsas vasitəsi yox, yalnız ehtiyac olduqda istifadə edilən alət olmalıdır

Elpress.az xəbər verir ki, Texnologiyanın gündəlik həyatın ayrılmaz hissəsinə çevrilməsi məktəblərdə smartfonlardan istifadəyə münasibəti də aktuallaşdırıb. Yeni nəsil şagirdlərin sürətli və vizual informasiyaya daha çox maraq göstərməsi müəllimlər qarşısında onların diqqətini ekransız şəkildə cəlb etmək məsələsini qoyur.Azərbaycan Respublikası Təhsil Cəmiyyətinin ibtidai təhsil üzrə koordinatoru Vüsalə İbrahimzadənin fikrincə, əsas məqsəd texnologiyanı tamamilə qadağan etmək deyil, onun yaratdığı sürətli stimulu daha səmərəli pedaqoji üsullarla balanslaşdırmaqdır.Dərslərdə maketlərdən, müxtəlif əyani materiallardan və praktiki fəaliyyətlərdən istifadə şagirdlərin mövzunu daha yaxşı mənimsəməsinə kömək edə bilər. Oyunlar, tapmacalar, qrup işləri və digər interaktiv metodlar da uşaqların dərsə marağını və fəallığını artıran vasitələr sırasındadır. Canlı ünsiyyət və birgə fəaliyyət isə uşaqların əməkdaşlıq, empatiya və emosional bacarıqlarının inkişafında xüsusi rol oynayır.Bununla belə, smartfonların təhsil prosesindən tamamilə çıxarılması da məqsədəuyğun hesab edilmir. Müasir uşaqlar gələcəkdə süni intellekt və digər qabaqcıl texnologiyaların geniş tətbiq olunduğu mühitdə yaşayacaqlar. Buna görə onların texnologiyadan düzgün və məqsədyönlü istifadə bacarığı da formalaşdırılmalıdır.Bu baxımdan əsas yanaşma texnologiya ilə ənənəvi tədris arasında balans yaratmaqdır. Smartfon dərsin mərkəzində dayanmamalı, yalnız tədris məqsədinə xidmət etdiyi hallarda köməkçi vasitə kimi tətbiq edilməlidir. Məsələn, şagirdlər təbiət dərsində bitkiləri canlı şəkildə müşahidə etdikdən sonra əlavə araşdırma aparmaq və ya mövzu ilə bağlı qısa vizual material izləmək üçün smartfondan yararlana bilərlər.Təhsil prosesində müəllimin canlı ünsiyyəti, izahı, emosional yanaşması və şagirdlə qurduğu münasibət isə rəqəmsal vasitələrin tam əvəz edə bilmədiyi amillər kimi qiymətləndirilir. Buna görə də məktəbdə smartfon istifadəsinin tam qadağan edilməsindən çox, onun məqsədli, nəzarətli və ölçülü şəkildə tətbiqi daha səmərəli yanaşma hesab olunur.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Anar Məmmədli və Anar Abdullayevə ağır cəza verilib

Next Article

“Valensiya” azarkeşləri etiraz aksiyası keçirib

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Fazil Məmmədova Naxçıvanda yeni vəzifə verildi

Aysel Əlibəyli 06 Oktyabr 2026 · 20:19 1082 baxış Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyində yeni təyinat həyata keçirilib. Elpress.az xəbər verir ki, Fazil Məmmədov Naxçıvan MR mədəniyyət nazirinin müavini vəzifəsinə təyin olunub. Bununla bağlı qərarı […]

Bakının 5 əsas yolunda sıxlıq müşahidə olunur – SİYAHI

Aysel Əlibəyli 17 Avqust 2026 · 08:29 1078 baxış Bakının bir sıra küçə və prospektlərində hazırda nəqliyyat sıxlığı yaranıb. Elpress.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb. Hazırda […]