--:--:-- | 26 Oktyabr 2026, Bazar ertəsi
Son Xəbər
Yüklənir...

Azərbaycanda 3 illik bakalavriata keçid hələ mümkün deyil

Aysel Əlibəyli 11 Sentyabr 2026 · 14:39 1080 baxış

Parlament rəsmisi: 3 illik bakalavr sistemi üçün 12 illik orta təhsilə keçid lazımdır

Elpress.az xəbər verir ki, Azərbaycanda mövcud təhsil sistemi çərçivəsində bakalavriat pilləsinin üç ilə endirilməsi mümkün hesab edilmir.Milli Məclisin Elm və təhsil komitəsinin iclasında parlamentin Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev bildirib ki, üç illik bakalavriat modeli bir sıra Avropa ölkələrində tətbiq olunur.Onun sözlərinə görə, Azərbaycanda tam orta təhsil 11 il davam etdiyi halda, bir çox ölkələrdə bu müddət 12 ildir. Bu səbəbdən hazırkı təhsil modeli dəyişdirilmədən üç illik bakalavriat sisteminə keçid mümkün deyil.Adil Vəliyev qeyd edib ki, Azərbaycanda 12 illik tam orta təhsilə keçid təmin edilərsə, paralel olaraq üç illik bakalavriat proqramlarının tətbiqi nəzərdən keçirilə bilər.Komitənin iclasında deputatlar Ceyhun Məmmədov və Fariz İsmayılzadə də təhsil müddətinin azaldılması və üç illik bakalavriat proqramlarına keçidlə bağlı təkliflər səsləndiriblər.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Rövşən Nəcəf: Enerji Forumu mühüm əməkdaşlıq platformasıdır

Next Article

Bakıda Azərbaycan-Türkiyə 5-ci Enerji Forumu keçirilib

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Sabahın hava proqnozu: bəzi ərazilərə yağış düşəcək

Aysel Əlibəyli 04 Oktyabr 2026 · 14:11 1078 baxış Azərbaycanda oktyabrın 5-də hava şəraitinin əsasən sabit keçəcəyi gözlənilir. Ölkə ərazisinin böyük hissəsində yağıntı proqnozlaşdırılmır. Elpress.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, Bakıda və […]

Bakının 5 əsas yolunda sıxlıq yaranıb – SİYAHI

Aysel Əlibəyli 18 Avqust 2026 · 08:39 1078 baxış Elpress.az xəbər verir ki, Bakının bir sıra küçə və prospektlərində nəqliyyatın hərəkətində sıxlıq müşahidə olunur. Məlumata görə, hazırda sıxlıq olan ərazilər bunlardır: 1-ci Göl kənarı yolu […]