--:--:-- | 26 Oktyabr 2026, Bazar ertəsi
Son Xəbər
Yüklənir...

Bakıda Azərbaycan-Türkiyə 5-ci Enerji Forumu keçirilib

Aysel Əlibəyli 11 Sentyabr 2026 · 14:45 1080 baxış

Forumun yekununda iki ölkə arasında enerji əməkdaşlığına dair protokol imzalanıb

Elpress.az xəbər verir ki, Bakıda Azərbaycan-Türkiyə 5-ci Enerji Forumu keçirilib. Tədbir çərçivəsində iki ölkə arasında enerji sahəsində əməkdaşlığın genişləndirilməsi ilə bağlı müzakirələr aparılıb və forumun yekunlarına dair protokol imzalanıb.Sənədi Azərbaycanın energetika naziri Pərviz Şahbazov və Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar imzalayıblar.Forum çərçivəsində karbohidrogen və neft-kimya, elektrik enerjisi bazarı, elektrik enerjisinin ötürülməsi və paylanması, enerji səmərəliliyi, bərpa olunan enerji, tənzimləmə və mədənçilik istiqamətləri üzrə altı İşçi Qrupunun iclasları keçirilib.Müzakirələr zamanı təbii qaz tədarükü, qaz infrastrukturu, rəqəmsallaşma, elektrik bazarının tənzimlənməsi, interkonnektor bağlantıları, enerji saxlancı, ağıllı sayğaclar və karbon tənzimləmə mexanizmləri üzrə əməkdaşlığın inkişaf etdirilməsi məsələləri nəzərdən keçirilib.Tərəflər həmçinin yaşıl enerjinin ixracı, dənizdə külək enerjisi, bərpa olunan enerji layihələrinə investisiya və icazə prosedurları, günəş və külək enerjisinin şəbəkəyə inteqrasiyası, enerji səmərəliliyi və kadr hazırlığı sahələrində əməkdaşlığın genişləndirilməsi barədə razılığa gəliblər.Enerji səmərəliliyi istiqamətində isə enerji auditləri, ESCO bazarının inkişafı, enerji menecerlərinin hazırlanması, binaların enerji pasportlaşdırılması, maliyyələşdirmə mexanizmlərinin təkmilləşdirilməsi, emissiyaların hesablanması və proseslərin rəqəmsallaşdırılması ilə bağlı bir sıra tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub.Azərbaycan-Türkiyə Enerji Forumunun ilk toplantısı 2021-ci ildə Bakıda keçirilib. Sonrakı forumlar İstanbul, Naxçıvan və İzmir şəhərlərində təşkil olunub.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Azərbaycanda 3 illik bakalavriata keçid hələ mümkün deyil

Next Article

Cəbrayıl-Ağbənd elektrik xəttinin tikintisi yekunlaşır

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Yerli ekspertizanın investisiyalarda rolu müzakirə olunub

Aysel Əlibəyli 28 Sentyabr 2026 · 14:38 1144 baxış Bakıda keçirilən paneldə xarici kapitalın yerli səriştə və texnologiyaların inkişafına təsiri müzakirə edilib Elpress.az xəbər verir ki, Bakıda II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində yerli ekspertizanın […]

“Brent” neftinin qiyməti 105 dollardan aşağı düşüb

Aysel Əlibəyli 12 Sentyabr 2026 · 09:02 1068 baxış Elpress.az xəbər verir ki, dünya bazarında “Brent” markalı neftin qiymətində azalma qeydə alınıb. “ICE London” birjasında aparılan son əməliyyatlar zamanı 2026-cı ilin noyabrında tədarük ediləcək “Brent” […]

Ölkəyə idxal edilən avtomobillərin sayı azalma göstərdi.

Aysel Əlibəyli 31 May 2026 · 19:13 1242 baxış 2026-cı ilin yanvar–aprel aylarında Azərbaycana gətirilən avtomobillərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə xeyli azalıb. Elpress.az-ın Qafqazinfo.az-a istinadən verdiyi məlumata əsasən, rəsmi statistik göstəricilərə əsasən, […]

OpenAI Azərbaycanda vergi uçotuna alınıb

Aysel Əlibəyli 27 Avqust 2026 · 15:43 1084 baxış OpenAI ilə yanaşı, daha iki beynəlxalq rəqəmsal xidmət şirkəti Azərbaycanda ƏDV qeydiyyatına alınıb Elpress.az xəbər verir ki, Azərbaycanda fəaliyyət göstərən beynəlxalq rəqəmsal xidmət təchizatçılarının vergi uçotuna […]